Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əzim İsgəndərov - Sizə borcluyuq qayğınıza görə

Baxılıb: 1 341     Tarix: 21-05-2020 06:47   
"Həkimlik sənəti daim inkişaf edir, qazanılmış təcrübə hesabına zənginləşərək irəliləyir. Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır".
Heydər ƏLİYEV

-Bir valideyinin ən böyük xoşbəxtliyi övladlarının sağlamlığıdır. Bunun üçün isə təməl sağlam qoyulmalıdır. Körpə doğulduğu gündən düzgün müayinə edilməli, lazımı tədbirlər görülməlidir. Ölkəmizdəki gənc anaların övlad dünyaya gətirdikdən sonra ilk qayğısı savadlı pediatrdan tövsiyyə almaları olur.

-Qanunvehedef.az- Xəbər Portalının ünvanına gələn məktubların içərisində valideynlərin həkimindən məmnunluğunu bildirməsi üçün hazırladığı bu yazının yayımlanmasını istəməsi diqqətimizi çəkdi və yazını olduğu kimi sizlərə təqdim edirik. Və bizdə düşünürük ki, Azərbaycanda Tibb yüksək səviyyədə inkişaf edir və dəyərli və savadlı mütəxəssislər günü gündən çoxalır.
-Yasamal rayon Yeni Yasamal qəsəbəsində yaşayıram. Övladım beş ildir ki, allergic xəstəlikdən əziyyyət çəkir. Müxtəlif klinikalarda həkim-pediatrlardan müalicə alırdım. Son ümid yeri olaraq Medikus Klinikasında həkim-pediatr Əzim İsgəndərovu məsləhət gördülər. Əzim həkimin apardığı düzgün müalicə, göstərdiyi diqqət və qayğı nəticəsində oğlum yenidən həyata qayıtmış, tam sağlam şəkildə cəmiyyətə qatılmışdır. Hazırda səhhəti yaxşıdır, özünü rahat hiss edir, daha da yaxşı olacağıma ümid edirəm Bütün bunlara görə bir ana olaraq mən, klinikanın həkim-pediatrı Əzim İsgəndərova təşəkkür etməyi özümə borc bildim.

-Hörmətlə; Ellada xanım

-İndiyə kimi həm Türkiyə, həm Azərbaycanda bir neçə pediatrın müayinə etməsinə baxmayaraq, ürəyində küy olmasından şübhələnib tədbir məqsədli kardioloq müayinəsini məsləhət bilən yeganə həkim Əzim həkim oldu. Dr. İsgəndərov bizi gülər üzlə qarşılayıb, səbrlə dinləyib hər tərəfli müayinə etdiyi üçün təşəkkür edirəm. Professionallığınız hər halınızdan bəllidir. Həm mən, həm qızım sizdən razı qaldıq. Qizimin məmnunluğu baxışlarından oxunur.

-Hörmətlə; Elnarə xanım

-Daha biir təşəkkür məktubu Əliyevlər ailəsi tərəfindən ünvanlanır:
Əliyevlər ailəsi olaraq klinikanın həkim-pediatrı Əzim İsgəndərova qəlbdən təşəkkür edirik, can sağlığı işlərində uğurlar arzulayırıq. Qeyd edək ki, övladımız dünyaya vaxtından əvvəl göz açmışdı, başqa klinikalara müraciət etsək də, müsbət nəticə əldə olunmamışdı. Biz övladımızı bura demək olar ki, çox ağır vəziyyətdə və ümidsiz şəkildə Əzim həkimin öhdəsinə təhvil verdik. Əzim həkimin böyük diqqəti, səyi, güclü bacarıqları, təyin etdiyi müalicə sayəsində övladımız həyata gözünü açdı. Elə bil ki, bizim üçün balamız ikinci dəfə dünyaya gəldi. Sizə borcluyuq qayğınıza görə.
 
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar