Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Minimum əmək haqqı ilə bağlı mühüm açıqlama

Baxılıb: 990     Tarix: 11-11-2026 11:59   

Azərbaycanda minimum əmək haqqına ildə azı bir dəfə baxılması üçün işçi qrupu yaradılıb.

Qanunvehedef.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, son dövrlərdə Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq baxılması mexanizminin tətbiqidir:

"Bu mexanizmin tətbiqi ilə əlaqədar artıq Nazirlər Kabinetində işçi qrupu yaradılıb. Həmin işçi qrupunda aidiyyəti dövlət orqanlarının rəhbərləri və rəhbər müavinləri, eyni zamanda sosial tərəfdaşların nümayəndələri iştirak edirlər. Təbii ki, işçi qrupunda məsələyə baxılarkən həm "Yaşayış minimumu haqqında" qanunda minimum əməkhaqqı ilə bağlı müəyyən edilmiş meyarlar nəzərə alınacaq, həm də hər bir tərəfin rəhbərlik etdiyi və siyasətini həyata keçirdiyi orqanların və təşkilatların xüsusiyyətləri əsas götürüləcək. Bununla da minimum əməkhaqqının saatlıq məbləğinin və ümumi məbləğinin müəyyən edilməsi təmin olunacaq".


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar