Bu ölkə Azərbaycanda səfirlik açır
Baxılıb: 960 Tarix: 11-11-2026 11:35

Keniya xaricdəki diplomatik nümayəndəliklər şəbəkəsinin mərhələli optimallaşdırılması çərçivəsində Bakıda səfirlik açacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Keniyanın Xarici İşlər və Diaspor İşləri Nazirliyinin bəyanatında bildirilib.
"Nazirlər Kabinetinin rəhbərliyi altında Keniya müvafiq olaraq Mərkəzi Avropa və Mərkəzi Afrikada öz təmsilçiliyini gücləndirmək üçün Bakıda (Azərbaycan) və Brazzavildə (Konqo) yeni nümayəndəliklər açacaq", - bəyanatda vurğulanıb.
Optimallaşdırmanın birinci mərhələsi çərçivəsində Keniya hökuməti Berndəki (İsveçrə) səfirliyini də bağlamağı planlaşdırır.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















