Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Putin diplomatik qollar atır - CNN

Baxılıb: 353     Tarix: 21-06-2018 09:30   

Rusiya Prezidenti Vladimir Putin DÇ-2018-in gedişatı zamanı mühüm diplomatik xallar qazanır.
Qanunvehedef.az xəbər verir ki, bu sözlər Natan Hocun CNN-də dərc edilən məqaləsində əksini tapıb. O bildirib ki, bu mötəbər idman oyunu Rusiyanı geopolitik proseslərin mərkəzində saxlayır:
“Nə qədər ki Kreml Qərblə konfrantasiyadadır, digərləri Putinə üz tutur. BMT-nin Baş katibi Antonio Quterreş Portuqaliya-Mərakeş matçını izləməyə gəldi. O, həmçinin, rus liderlə də görüş planlaşdırırdı. Bundan əlavə, Cənubi Koreya Prezidenti Mun Çje İn iyunun 21-də Dumada çıxış edəcək və Rostovda Cənubi Koreya-Meksika oyununu izləyəcək. Daha sonra məlum oldu ki, iyunun 30-da amerikalı senatorların Rusiyaya dördgünlük səfəri baş tutacaq”.
Hoc yazır ki, bütün bu proseslərə baxmayaraq, Qərblə Rusiya arasında münasibətlər hələ də həssas olaraq qalır.
Jurnalist onu da əlavə edib ki, Moskva küçələrində minlərlə azarkeşin futbol həyəcanını qeyd etməsi və şənlənməsi güclü vizual mesajdır: Rusiya dünyaya açıqdır və təcrid olunmayıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar