Xəbər lenti
17/01/2025 [13:11]
Sabah yağış yağacaq
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Paşinyanın bu addımı intihar deməkdir – Ekspert

Baxılıb: 312     Tarix: 26-06-2018 11:13   

Paşinyan ölkənin kursunu dəyişəcək addımlar atmağa cəhd etsə, çox ciddi şəkildə Rusiya tərəfindən cəzalandırıla bilər.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun 11-12-də Brüsseldə NATO sammitində iştirak etmək niyyətində olması haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, Paşinyanın NATO sammitinə qatılıb-qatılmayacağı ilə bağlı dəqiq bir söz demək olmaz:
“Amma qatılacağı halda hansısa sensasion bir hadisə kimi də dəyərləndirmirəm. Çünki bundan öncə Sərkisyan illər boyu bir çox Qərb institutlarına dəfələrlə səfər etmiş, beynəlxalq təşkilatlara üzv olmuşdur. Buna görə o, Rusiyanın təpkiləri ilə qarşılaşmamışdır. Məsələn, Ermənistanda o zaman hakim partiya olan Respublikaçılar və digər bir partiya Avropa Parlamentinin ən böyük fraksiyası olan sağ mərkəzlərin yaratdığı Avropa Xalq Partiyasına (AXP) üzv olur. Hansı ki AXP Rusiya məsələsində kəskin mövqeyə malik, sanksiyaların davam etdirilməsini istəyən bir təşkilatdır. Yaxud, keçən il Ermənistan Avropa İttifaqı (Aİ) ilə saziş imzaladı və çoxları bunu Rusiyaya meydan oxumaq kimi dəyərləndirdi. Ancaq İrəvan yenə də hər hansı təzyiqlə üzləşmədi”.
Ekspert vurğulayıb ki, Ermənistanın Qərblə əməkdaşlığının bütün detalları həmişə Rusiya ilə razılaşdırılırb:
“Ən azı Ukraynanın Aİ ilə bağladığı sazişi Ermənistanın Aİ ilə bağladığı müqavilə ilə müqayisə edəndə görürük ki, bu müqavilələr bir-birindən kəskin fərqlənir. Ermənistanın bağladığı müqavilənin bəndlərinin heç biri Avrasiya İttifaqının, Gömrük İttifaqının, yaxud da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının maraqlarına qarşı deyil. Rusiyanın bütün bunlara göz yummasının və ya razılıq verməsinin bir səbəbi var. Ermənistan istəsə belə başına gələcək çox ciddi problemlər, hətta fəlakətlər səbəbindən Rusiyanın nəzarətindən çıxa bilməz”.
Ekspertin sözlərinə görə, Paşinyanın Qərblə, NATO ilə bağlı siyasəti özündən öncəki hakimiyyətin apardığı siyasətdən fərqlənməyəcək:
“Bunun əksini etmək özünə qəsd anlamına gələr ki, buna da Paşinyanın gedəcəyinə inanmıram. Doğrudur, hələlik Paşinyan Rusiya tərəfindən Sərkisyan kimi qəbul olunmur. Yəni Kremlin inam və etibarını hələ qazanmayıb. Hazırda onun əsas işi Rusiya tərəfini sadiqliyinə inandırmaqla sərbəst xarici siyasət yürüdülməsinə nail olmaqdır. Buna nə qədər nail olacaq, onu zaman göstərəcək. NATO ilə Ermənistanın ciddi əməkdaşlıq etməsi perspektivlərinə isə ümumiyyətlə inanmıram. Saakaşvilinin hakimiyyəti vaxtında Gürcüstan heç kimdən çəkinmədən açıq şəkildə NATO-ya üzv olmaq üçün dəfələrlə müraciət etmişdi. Yeri gəlmişkən, bu, indiki hakimiyyətin yeni gəldiyi vaxtlarda da olmuşdu. Ərazisində bir nəfər də olsa, rus əsgəri olmadığı halda NATO Rusiya ilə konfliktə girməmək üçün açıq şəkildə Gürcüstanın bu quruma daxil edilməyəcəyini bildirmişdi. Hərbi, iqtisadi cəhətdən bütünlüklə Rusiya asılılığında olan Ermənistanla isə bu əməkdaşlıq tamamilə mümkün deyil. Amma bütün bunların olması o demək deyil ki, hökumət başçısı bu təşkilatlara səfər etməyəcək”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun 11-12-də Brüsseldə NATO sammitində iştirak etmək niyyətində olması haqda xəbər yayılıb. Bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar