Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

ADU-da növbəti dəyirmi masa - Foto

Baxılıb: 517     Tarix: 27-11-2018 17:27   

Azərbaycan Dillər Unversitetində (ADU) Müqayisəli folklor və Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyalarının birgə təşkilatçılığı ilə “Kitabi Dədə Qorqud” və “Roland haqqında nəğmə” eposunun kulturoloji aspektləri mövzusunda dəyimi masa keçirilib. “Orta çağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” layihəsi çərçivəsində keçirilən dəyirmi masada mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Kult.az xəbər verir ki, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov orta əsr dastanlarında oxşar və fərqli cəhətlər, epik zaman və məkan anlayışlarından danışıb:
“Orta əsr dastanları poetik məsələlər, mifoloji qatlar və digər xüsusiyyətlər baxımından bir-biri ilə həddindən artıq səsləşir. Bu səsləşmənin ən vacib şərtlərindən biri dünya qəhrəmanlıq eposunun dövlətçilik təfəkkürü ilə bağlı olmasıdır”. Akademik daha sonra “Roland haqqında nəğmə” və “Kitabi Dədə Qorqud” dastanlarının da obraz, sujet xətti və mifoloji yanaşma baxımından oxşar tərəfləri olduğunu vurğulayıb.
Müqayisəli folklor ETL-in müdiri, dosent Həmidə Əliyeva “Roland haqqında nəğmə” eposunun kompozisiyası, obrazları və onun orta əsr dastanları ilə oxşar cəhətləri haqqında geniş məlumat verib. O, bildirib ki, “Roland haqqında nəğmə” Fransa kralının jesti” silsiləsinə daxil olan ən böyük və parlaq poemadır. 4002 şeirdən ibarət olan poemanın 9 müxtəlif variantı mövcuddur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar