Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək

Baxılıb: 652     Tarix: 21-08-2019 15:30   

Norveç ikili vətəndaşlığa icazə verməyə hazırlaşır.
Qanunvehedef.az AZƏRTAC-a istinadən bildirir ki, Krallıq hökuməti ikili vətəndaşlığa icazə verən yeni qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcəyini təsdiq edib.
Beləliklə, Norveçdə yaşamaq üçün qanuni icazəsi olan əcnəbi vətəndaşlar 2020-ci ildən başlayaraq öz ölkələrinin vətəndaşlığından imtina etmədən Norveç vətəndaşlığı almaq üçün sənəd verə biləcəklər. Başqa ölkələrdə yaşadıqları üçün Norveç vətəndaşlığından imtina edən norveçlilər də öz vətəndaşlıqlarını bərpa edə biləcəklər.
Norveç hökumətindən bildiriblər ki, Avropa Şurasının qaydaların dəyişməsini tənzimləyən konvensiyasının bir hissəsindən imtina etmək üçün Krallığa vaxt lazımdır. Norveç həmin məqsəd üçün Avropa Şurasına ötən ilin dekabrında - parlament ikili vətəndaşlığa icazə verilməsini bəyəndikdən dərhal sonra müraciət edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar