Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakı polisi Tolikə CAVAB VERDİ

Baxılıb: 598     Tarix: 27-08-2019 15:13   

Bakı Şəhər Baş Polis İdarəsi teleaparıcı Tarix Əliyevin (Tolik) polis haqqında iddialarına cavab verib.
Qanunvehedef.az xəbər verir ki, idarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə, bəzi internet saytlarında teleaparıcı Tarix Əliyevin "Binəqədi rayon icra hakimiyyəti tərəfindən vətəndaşın mənzilinə göndərilən polislərin onlarla kobud rəftar etməsi" ilə bağlı iddialar səsləndirib: "Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, tərəfimizdən videomaterial araşdırılıb, orada əks olunan kadrlarda polis əməkdaşlarının iştirakı müşahidə olunmur: "Polisə qarşı irəli sürülən ittihamlar və səslənən iddialar yalandır, əsassızdır".
E.Hacıyev əlavə edib ki, qeyd edilənləri nəzərə alaraq, polisin adı hallanan məlumatları hazırlayarkən paytaxt üzrə Bakı Şəhər Baş Polis İdarəsi ilə dəqiqləşdirilmə aparılmaqla yayımının təmin olunması jurnalistlərə tövsiyə edilir. Bu davranış tək polisin yox, eyni zamanda cəmiyyətin maraqlarına xidmət edir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar