Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Prezident qanunu TƏSDİQLƏDİ

Baxılıb: 630     Tarix: 29-08-2019 11:07   

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Qanunvehedef.az xəbər verir ki, dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində "idxalı və satışı" sözləri ", habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı" sözləri ilə əvəz edilib.
Başqa sözlə, Məcəlləyə edilmiş dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azad edilib.
Qeyd edək ki, hazırda kənd təsərrüfatı təyinatlı texnikanın idxalı və satışı ƏDV-dən azaddır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar