Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Türkiyə və Gürcüstan hərbçiləri Bakıya gəldi

Baxılıb: 634     Tarix: 29-08-2019 13:38   

Sentyabrın 2-dən ölkəmizdə keçiriləcək Eternity-2019 kompüter dəstəkli komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqlar əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, ulu öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycan, Türkiyə və Gürcüstanın Dövlət bayraqları qaldırılıb və hər üç ölkənin dövlət himnləri səsləndirilib.
Sentyabrın 6-dək davam edəcək təlim Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcəkdir.
Təlimə hazırlıq dövründə qonaqlar üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.шаблоны для dle 11.2



Ən çox oxunanlar