Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Hərbçi oğlu Vilayət Eyvazova şeir dedi - VİDEO

Baxılıb: 541     Tarix: 03-09-2019 10:46   

Xəbər verdiyimiz kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov hərbi qulluqçulara verilən mənzillərə baxıb, onlarla həmsöhbət olub.
Mərasimdə maraqlı anlar yaşanıb.Belə ki, general-polkovnik Vilayət Eyvazov qonaq olduğu mənzillərdən birində Daxili Qoşunların əməkdaşının azyaşlı oğlu nazirə "Üç rənqli bayraq" şeirini söyləyib:

"Bu üçrəngli bayrağım
Gözümün işığıdır. 
Azadlıq yağışından
Doğan göy qurşağıdır. 
Üstündəki ay-ulduz
Gəlir mənim xoşuma. 
Ay üzüyə bənzəyir,
Ulduz onun qaşına. 
Üçrəngli bayraq bizə
Təsəllidir, dayaqdır, 
Yolumuzun üstünə
İşıq saçan mayakdır."


Azyaşlının şeir söyləməsi Daxili İşlər nazirinin marağına səbəb olub. O, "Ay maşallah" deyərək ona təşəkkür edib.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar