Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

General qohumunun ölümü: Deputatdan çağırış

Baxılıb: 455     Tarix: 04-09-2019 11:13   

Üç gündür ki, Fəridlə eyni məktəbdə oxumuş oğlum, dostları stress vəziyyətindədirlər. O, Fəridi məktəb illərindən tanıdığını, necə təmiz qəlbli, saf uşaq olduğunu təəssüf hissi ilə xatırlayır, bu itki ilə barışa bilmir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev qeyd edib.
Üç gün əvvəl Bakının Şərifzadə küçəsində baş vermiş cinayətlə bıçaqla, ürək nahiyəsindən vurulan zərbə nəticəsində qətlə yetirilən 1991-ci il təvəllüdlü Fərid Məmmədzadə haqqında yazan millət vəkili bu tip hadisələrin son zamanlarda artması ilə bağlı narahatlığını dilə gətirib:
“Münaqişədən əvvəl tanış olmayan gənclərin belə ağır cinayət törətmələrinin motivi nədir? Hesab edirəm, istintaq orqanları hadisəni obyektiv şəkildə araşdıracaq, cinayətkarlar layiqli cəzalarını alacaqlar.
Bir neçə il öncə Milli Aviasiya Akademiyasının professoru Zimirxan müəllimin yeganə oğlu da təsadüfən qonşu qıza sataşan bir yaramaz tərəfindən bıçaqlanaraq öldürülmüşdü. Düşmənlə üz-üzə müharibədə yox, məhz belə hallarda övladının qətlə yetirilməsinin hər bir valideyn üçün nə qədər dözülməz olduğunu, yəqin ki, izah etməyə ehtiyac yoxdur. Və bu hadisədən az müddət sonra, hələ gənc ikən Zimirxan müəllim də dərdə dözməyərək dünyasını dəyişdi.
Heç bir ciddi səbəb olmadan cəmiyyətdəki aqressiya, müxtəlif insanlar arasındakı dözümsüzlük, əsassız hegemonluq cəhdləri, paxıllıq, qısqanclıq, birinin digərini qəbul etməməsi, ictimai yerlərdə utanc hissini itirərək əxlaq normalarını pozma və sairə hallar cəmiyyətimizi narahat edən, düşündürən məsələlərdir.
Necə ola bilər ki, İKT- nın verdiyi imkanlardan sui istifadə edərək, heç vaxt görmədiyin, tanımadığın insanları subyektiv fikirlərinə, statusuna görə tənqid yox, küçə söyüşləri ilə ağır formada təhqir edəsən? Şəxsi uğursuzluqlarının səbəblərini özündən başqa hər kəsdə axtarasan, dörd tərəfə nifrət dolu şər, böhtan yağdırasan.
Millət vəkili qeyd edib ki, müxtəlif mənbələrdən aldığı məlumata görə, şəhərdə bir çox gənclər, hətta bəzi məktəbli yeniyetmələr belə özlərilə bıçaq gəzdirirlər: “Sual olunur: nə üçün? Kimə lazımdır bu? Ermənistan kimi mənfur, hiyləgər düşmənlə müharibə, dövlətimizin inkişafını gözü götürməyən qüvvələrlə mübarizə şəraitində mənasız yerə özümüz özümüzə niyə düşmən kəsilməliyik? Allah qarşısında çox böyük cinayət törədərək, günahsız bir gəncin həyatına son qoyaraq, ailəsinə, yaxınlarına sağalmaz yara vurmalıyıq?
Hər gün səhərlər xəbər saytlarını izlədikdə, bu tipli ağır cinayətlərin Bakı şəhərində və bölgələrdə baş verdiyinin şahidi oluruq. Hesab edirəm ki, bu faciələrdən nəticə çıxarılmalı, ilk növbədə, ailədə, məktəbdə uşaqların, gənclərin tərbiyəsilə çox sıx şəkildə məşğul olmalıyıq. Formal olaraq yox, ciddi şəkildə hər bir məktəbdə, kollektivdə, (tək uşaqlarla deyil, həm də valideynlərlə) işləməyi bacaran psixoloqlara ehtiyac var”.
N.Məhəməliyev KİV nümayəndələrinə müraciət edib: “Artıq dəb halını almış kriminal avtoritetlər, el arasında “vorzakon” kimi tanınan insanları qəhrəman obrazında təqdim edərək, onların həyatı, məişəti, kriminal çəkişmələri barədə məlumatların verilməsi düşünürəm ki, məqsədə uyğun deyil. Belə bir təqdimatdan, “ təbliğatdan” sonra bir çox zəif iradəli gənclər də özlərini onlara oxşatmağa çalışır, nümunə kimi qəbul edirlər. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi hallarda ictimai siyasi həyatda üzdə olan bəzi insanlar da belə hərəkətləri təşviq edirlər. Bu, gələcəyimiz üçün çox ziyanlı, təhlükəlidir".
Millət vəkili vurğulayıb ki, son vaxtlar şəhərin mərkəzi hissəsində DİN tərəfindən milli mənəvi dəyərlərimizə, əxlaqımıza zidd, xalqımızın imicinə xələl gətirən neqativ hallarla apardığı mübarizə ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirilir, razılıqla qarşılanır: "Hər bir normal vətəndaş cəmiyyətin kriminallaşmasının qarşısının alınmasında,gənclərin doğru, dürüst, vətənpərvərlik ruhunda tərbiyə olunmasında öz töhfəsini əsirgəməməlidir.
Vətənimizdə heç bir ailədə belə faciələrin yaşanmaması arzusu ilə..."шаблоны для dle 11.2