Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Albertin heykəli bu şəxsin təklifi ilə hazırlanıb - Foto

Baxılıb: 695     Tarix: 05-09-2019 11:37   

Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin qoyulması rəğbətlə qarşılanıb.
Kult.az-ın əldə etdiyi məlumata görə, heykəl üzərində işlər aprel ayından başlayıb.
Heykəlin müəllifləri Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri Rahib Qarayev və Zamik Rzayevdir. Bu möhtəşəm heykəlin yaradılmasını Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarova Albert Aqarunovun komandiri Hacı Əzimov təklif edib. Bundan sonra heykəlin eskizləri hazırlanıb və dövlət tərəfindən təsdiqlənib.
Heykəlin yuxarı hissəsi, yəni Albert Aqarunov və tankı bürüncdəndir. Bu material dözümlü olduğu üçün seçilib. Alt hissəsi isə betondandır.
Heykəlin kompozisiyası olduqca maraqlı və orijinaldır. Belə ki, kompozisiyasındakı dağlıq hissə hadisələrin Dağlıq Qarabağda baş verməsinə işarədir. Yəni Dağlıq Qarabağı simvolizə edir. Albert Aqarunov Dağlıq Qarabağda - Şuşada döyüşdüyünə görə bu forma seçilib.
Məlumata görə, heykəltəraşlar tankı həm də ona görə dağlıq hissədə əks etdiriblər ki, yarımçıq olsun və Albert Aqarunovun özünün heykəli çox kiçik görünməsin.
Əslində, heykəl açılış gününə qədər gizli saxlanılmalı və açıqlanmamalıydı. Lakin heykəl qoyulduğu yerdən fotolar yayıldığı üçün bu barədə məlumat verməyə məcbur olublar.
Hazırda heykəl üzərində son tamamlanma işləri gedir.

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar