İTV-də deputata sual: Sizi niyə söyürlər? - Video
Baxılıb: 403 Tarix: 27-09-2019 11:21
İctimai Televiziyanın efirində yayımlanan "3D" layihəsinin bugünkü qonağı millət vəkili, MM-in Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli olub.
Qanunvehedef.az xəbər verir ki, Hadı Rəcəbli “Dadaş Dadaşlinski”nin açıq və səmimi sualları ilə qarşılaşıb.
Uşaq pulu məsələsinə toxunan H.Rəcəbli bildirib ki, Azərbaycanda bunun kütləvi forması yoxdur: “Bizdə ünvanlı yardım sistemi var. Ya bu ünvanlı yardım sistemi dağılmalı, yeni sistem yaradılmalıdır, ya da biz uşaq pulu ödənməsinin fərqli formalarını tapmalıyıq”.
Millət vəkili sosial şəbəkələrdə onu söyənlərlə bağlı da danışıb və bildirib ki, söyülən tək o deyil:
“Deputatlar haqqında mənfi imicin formalaşması üçün daim iş gedir. Deputat da cəmiyyət adamıdır. Onun da bütün hərəkətləri müzakirə olunur və bəzən görürsünüz ki, cəmiyyət tərəfindən bu birmənalı qarşılanmır. Fikrilərimiz təhrif olunur. Mənim fikirlərim kontekstdən çıxarılır, təhrif olunur. Fikir verin, bu gün sosial şəbəkələrdə təkcə mənimi söyürlər? Kimi söymürlər ki! İnternet əsridir, nə etmək olar, biz buna məhkumuq. İndi anonim söyüşlər ayaq tutub yeriyir. Bununla mübarizə forması tapılmalıdır.
Mənim 37 min seçicim var. Məni söyənlərin fikrini oxuyanda seçicilərim də həmin söyüşləri onların özünə qaytarır”.
Deputat onun adından yayılan, “işdən sonra müəllimlərin fəhləlik etməsi” fikirlərə də aydınlıq gətirib:
“Mənim Veravul kəndində Balabəy müəllimlə bağlı guya “işdən sonra daş daşıyır” deməyim tamamilə yanlışdır, o söz başqa formada deyilmişdi. O sözü mənim dilimdən eşidən olubmu heç? Balabəy müəllim mövcuddur və onun dediyi bu fikri mənim adıma necə yazmaq olar? Ola bilər ki, Balabəy müəllim belə bir söz deyib. Ancaq bunu mənim dilimdən yazıblar”.
Bazar qiymətləri barədə də danışan millət vəkili bildirib ki, o, Əli Əhmədovun getdiyi bazardan alış-veriş etmir:
“Sonuncu dəfə 15 gün öncə bazarda olmuşam. Mənim getdiyim bazarda qiymətlər münasib idi, məni qane edir. Ola bilər, Baş nazirin müavini Əli Əhmədovla getdiyimiz bazarlar eyni deyil, başqa-başqa bazarlara getmişik. Ancaq Əli Əhmədovun dediyində də həqiqətlər var ki, kənd təsərrüfatı məhsulları bazara gətiriləndə ondan alverçilər istifadə etməyəndə qiyməti aşağı olur”.

Ən çox oxunanlar
Son xəbərlər