Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

 Rafael Cəbrayılov istefa verdi və üzr istədi - Təcili

Baxılıb: 503     Tarix: 30-09-2019 12:30   

Rafael Cəbrayılov Milli Məclisə müraciəti edib.
Parlamentin Hüquq siyasəti və dövlət qoruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin iclasında çıxışı zamanı deyib ki, Rafael Cəbrayılovun müraciəti mandatından imtina etməsi ilə bağlıdır.
“Rafael Cəbrayılov müraciətində seçicilərdən, xalqdan və deputatlardan üzr istəyib və istefa verib”, - Ə.Hüseynli bildirib.
Ə.Hüseynli deyib ki, deputatın mandatdan məhrum edilməsi ilə bağlı son qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.
Parlament müraciəti Mərkəzi Seçki Komissiyasına göndərəcək və Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.
11:45
Bu gün Milli Məclisin payız sessiyasının ilk iclasıdır.
Uzun müddətdir ictimai müzakirəyə səbəb olan deputat Rafael Cəbrayılovun 600 min ABŞ dolları müqabilində deputat vəsiqəsini yazılı iltizamla girov qoyması, o cümlədən AG Bankdan külli miqdarda kredit götürməsi və onu ödəyə bilməməsinə MM-də münasibət bildiriləcəyi gözlənilir.
Qanunvehedef.az-a daxil olan məlumata görə, R.Cəbrayılovun AG Bankdan külli miqdarda kredit götürməsinin onun qanunvericiliklə qadağan olduğu halda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsdiqləməsi, həmçinin deputat vəsiqəsini girov qoymaqla millət vəkili nüfuzunu zədələməsi səbəbindən istefa verməsi barədə ərizəsi artıq təqdim edilib. İstefa ərizəsinin MM-in iclası başlayan kimi elan olunacağı gözlənilir.
Məsələ ilə bağlı  danışan millət vəkili Fazil Mustafa bildirib ki, buna yalnız iclas başlayandan sonra aydınlıq gətirilə bilər:
"Hazırda heç bir məlumatım yoxdur. Bu barədə bir söz deyə bilmərəm".
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da məsələyə münasibət bildirmək istəməyib:
"MM-in iclası başlayır və biz iclasa qatılırıq. Nə baş verəcəksə, biləcəksiniz".шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar