Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Masallı rayonu 2020-ci ilin “Gənclər paytaxtı” seçilib

Baxılıb: 598     Tarix: 01-02-2020 09:17   

Masallı rayonu “Gənclər Paytaxtı 2020” adını qazanıb.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Səsvermədə Azərbaycanın 16 şəhər və rayonu iştirak edib. Builki səsvermə iki rayon - Masallı və Lənkəran arasında gedən gərgin mübarizə ilə yadda qalıb. Belə ki, sesvermənin davam etdiyi 7 gün ərzində Lənkəran rayonu ön sıralarda yer almaq üçün mübarizə aparıb. Lakin səsvermənin ilk günlərində Masallı rayonu birinci sıraya keçib və səsvermənin sonuna kimi liderlik mövqeyini əldən verməyib. Nəticədə Masallı rayonu 40,3% səslə 23,4% səs toplayan Lənkəran rayonunu geridə qoyub və “Gənclər Paytaxtı 2020” adını qazanıb.
Qeyd edək ki, 2012-ci ildən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər Paytaxtı” internet müsabiqəsi davam edir. Bu layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Proqramının əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" elan edilir. Bu il də istisna olmamış və 24 yanvar 2020-cu il tarixindən start götürmüş müsabiqə 30 yanvar 2020-cu ildə sona çatıb.
Hər il olduğu kimi bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilib. Ümumilikdə sayta 3602395 nəfər daxil olub ki, onlardan da 90 849 nəfəri bu ilin payına düşür.
Hər il Gənclər Paytaxtının adı Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə rəsmi olaraq açıqlanır və paytaxtın "Rəmzi açarı" şəhərin rəsmi nümayəndəsinə təqdim olunur.шаблоны для dle 11.2