Rauf Vəliyev seçicilərinə söz verdi: Məsələ qaldırılacaq!
Baxılıb: 692 Tarix: 01-02-2020 10:43
104 saylı dairədən Rauf Vəliyev Tovuzun 6 kəndində - Köhnəqala, Alakol, Aran Yanıqlı, Dondar Quşçu, Bayramlı və Azaflı kəndlərində sakinlərlə görüş keçirib.
Qanunvehedef.az xəbər verir ki, seçki platforması ilə tanışlıqla yanaşı, sakinlər öz problemlərini namizədin diqqətini çatdırıblar.
Məlum olub ki, bu 6 kəndin hamısında ortaq problem – içməli su problemi var. Çaylar quruyur, artezian quyuları isə yoxdur. Nəticədə əhali müxtəlif yerlərdən fərdi olaraq su daşımağa məcbur olur. Dövlətin qayğısını hər zaman hiss etdiklərini deyən kəndlilər bu problemin də həllini tapacağını gözlədiklərini söyləyiblər.
Bundan başqa, Alakol sakinləri kənd klubunun və xəstəxananın təmirinə ehtiyac olduğunu vurğulayıblar.
Rauf Vəliyev qeyd olunan problemləri ictimailəşdirəcəyinə, millət vəkili seçiləcəyi təqdirdə isə həlli üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldıracağına söz verib.
Ən çox oxunanlar
Son xəbərlər