Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Sosial evlər bu şəhərdə də olacaq

Baxılıb: 620     Tarix: 04-02-2020 11:23   

Ölkə başçısının əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırığına uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin daha bir layihəsi Sumqayıt şəhərində reallaşdırılır.
Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verəb Mənzil İnşaatı Dövlət Agentliyinin mətbut katibi Diana Dadaşova deyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 0.76 ha torpaq sahəsi Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilib.
"Layihəyə uyğun olaraq həmin torpaq sahəsində 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasının tikintisi həyata keçirilir. Bu binalarda ümumilkdə 144 mənzil olacaq.Onlardan 36-nın bir otaqlı, 72-nin iki otaqlı, 36-nın üç otaqlı olması planlaşdırılır."Bir otaqlı mənzillərin sahəsi təqribən 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 56 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 74 kvadratmetr təşkil edəcək.
Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin ediləcək. Evlərin təhvil verilməsinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar