İsgəndər Həmidov komaya düşdü
Baxılıb: 514 Tarix: 04-02-2020 12:44
Keçmiş daxili işlər naziri, Milli Azadlıq Hərəkatının liderlərindən olan İsgəndər Həmidovun səhhəti kritikdir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə tanınmış həkim Adil Qeybulla deyib. O bildirib ki, bu il yanvarın 24-də, təxminən saat 17.00-da bayır gəzintisi zamanı İsgəndər bəyin halı qəflətən pisləşib, huşunu itirib yıxılıb:
“Yanındakı qohumu Kamran Şərifov mənə dərhal zəng vurub bu barədə bildirdi, qərarlaşdıq ki, onu tez xəstəxanaya çatdırsın. 20 dəqiqə müddətində İsgəndər bəyi “City Hospital”a çatdırdılar. Kamran bəy mənə bildirdi ki, huşu gedəndən təxminən 5-7 dəqiqə sonra özünə gəldi və qusmağa başladı və yenidən huşsuz vəziyyətə düşdü. Xatırladım ki, daxil olmazdan 5 gün öncə ciddi soyuqdəymə (kəskin respirator xəstəlik) diaqnozu ilə “City Hospital”da 3 gün intensiv müalicə almışdı, vəziyyəti nisbətən yaxşılaşmışdı.
Klinikaya daxil olarkən huşsuz vəziyyətdə idi, dəri və selik qişaları kəskin azalmışdı, əl-ayaqları soyuq idi, qıcıqlara reaksiyası zəif idi, tənəffüsü səthi, xırıltılı idi. Dərhal reanimasiya tədbirlərinə başladıq”.
A.Qeybulla bildirib ki, vəziyyəti stabilləşdirmək və saturasiyanı təmin etmək üçün xəstə süni tənəffüsə (ağ ciyərlərin süni ventilyasıyasına) keçirilib:
“İlkin olaraq xəstəyə "Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik - Septik şok" diaqnozu qoyuldu. Sonrakı müayinə və müalicə tədbirləri üçün bir neçə saatdan sonra xəstənin Mərkəzi Klinik Xəstəxanaya (MKX) köçürülməsi qərara alındı. Aparılan sonrakı müayinələr nəticəsində xəstədə beyində qanama, işemik insult, ikitərəfli virus pnevmoniyası, kreatinin yüksəlməsi müəyyən edildi. Son klinik diaqnoz: "Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik - Septik şok. Baş beynin sağ hissəsində arxa birləşdirici arteriyada 6x4.5 mm ölçülərdə kisəvarı anevrizma. Anevrizmanın (subaraxnoid) qanaması. Sağ beyin yarımkürəsində gickah-alın-təpə nahiyələrində geniş yarımkəskin işemik insult sahələri. Xroniki böyrək çatışmazlığı”.
A.Qeybullanın sözlərinə görə, hazırda İsgəndər Həmidov komadadır, vəziyyəti çox ağırdır, süni ventilyasiya aparatına qoşulub.
Ən çox oxunanlar
Son xəbərlər