Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"SEÇKİNİN SAXTALAŞDIRILMASI BARƏDƏ XÜSUSİ GÖSTƏRİŞ VERİLİB" - Raqif Muradov namizədləri qərargahına dəvət etdi

Baxılıb: 825     Tarix: 05-02-2020 11:36   

80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin deputatlığa namizəd Raqif Murad oğlu Muradov fəal seçicilərə və dairədən digər deputatlığa namizədlərə müraciət edib. 
"Hörmətli seçicilər və deputatlığa namizədlər! Əziz bacı və qardaşlar! 
Cənab Prezident İlham Əliyevin son illərdə apardığı islahatların tərkib hissəsi olaraq ölkəmizdə təyin edilmiş 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərinə artıq sayılı günlər qalmışdır. Sizin iştirakınızla seçki marafonunu uğurla başa çatdırmaq ərəfəsindəyik. Lakin Cənab Prezidentin iradəsinin ortada olduğu dövrdə icra strukturlarında yenə də köhnə təfəkkürlü məmurlar keçmiş adətlərindən əl çəkmir", - namizədin müraciətində deyilir.   
R.Muradov "çox ciddi mənbələrdən" aldığı informasiyalara əsaslanaraq deyir ki, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsində bu seçkilərin də saxtalaşdırılması üçün artıq yerli icra nümayəndələrinə, bələdiyyələrə və məktəb direktorlarına xüsusi göstəriş verilib. "80 saylı dairədə xalq arasında və ictimai rəydə nüfuzu çox aşağı olan, kənd və qəsəbələrin əksəriyyətində qəbul edilməyən və vaxtilə “siz istəsəniz də, istəməsəniz də, mən deputat olacağam” ifadəsini işlətmiş bir namizədin parlamentə təyinatını artıq saxta yolla reallaşdırmaq istəyirlər. Bu dövlətçiliyimizə və Cənab Prezidentin iradəsinə qarşı çıxaraq, xalqın hakimiyyətə inamını sarsıtmaqdır".
R.Muradov bütün bunları nəzərə alaraq, 80 saylı dairədəki bütün deputatlığa namizədləri 7 fevral saat 14.00-a məsləhətləşmək və birgə hərəkət etmək üçün özünün seçki qərargahına dəvət edib. Bildirib ki, görüşdə bütün seçki məntəqələrində müşahidəçilərin aktivliyini artırmaq, beynəlxalq müşahidəçiləri məntəqələrə dəvət etmək, seçki bitdikdən sonra qalaqramalı protokolun dairədə yazılmasına nail olmaq, protokolun bir nüsxəsinin müşahidəçilərə verilməsini təmin etmək, seçki saxtakarlığının qarşısını ala bilməyəcəkləri təqdirdə Konstitusiyanın və Seçki Məcəlləsinin onlara verdiyi səlahiyyətə uyğun olaraq qərar qəbul etmək və sair məsələlər müzakirə olunacaq. шаблоны для dle 11.2