Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Fəzail Ağamalının siyasi portreti və bitməyən deputatlıq sevgisi-Olduğu kimi

Baxılıb: 763     Tarix: 05-02-2020 16:31   
  


Yenixeber.org:  Birinci, İkinci, Üçüncü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş 73 yaşlı Fəzail Ağamalı yenidən deputat olmağı hədəfləyib. Onun deputatlığa namizədliyi yenə də 60 saylı Salyan-Neftçala seçki dairəsindən qeydə alınıb. Fəzail Ağamalı özünü buraxmış Milli Məclisdə bu dairənin seçicilərini təmsil edirdi…Bəs kimdir altıncı dəfə deputat olmağa çalışan Fəzail Ağamalı? Çağdaş siyasi tariximizdə hansı silinməz izlər sahibidir? Və s. Seçiciləri üçün xüsusi əhəmiyyət kəsb edəcəyini nəzərə alıb, Fəzail Ağamalının siyasi fəaliyyətinə ötəri də olsa ekskurs edək…
                            Alınına qalmaqal yazılmış siyasətçi
Fəzail Ağamalının siyasi fəaliyyəti 60-ci illərin sonundan, tələbəlik dövründən start götürüb. Gizli tələbə dərnəyindən başlayan siyasi fəaliyyət Milli Azadlıq Hərəkatında açıq müstəviyə keçir. Cənab Ağamalı Milli Azadlıq Hərəkatının fəallarından biri olur. Və sonra... Sonradan Fəzail Ağamalı Azərbaycanın siyasi səhnəsində ən qalmaqallı siyasətçilərdən biri hesab olunur. Onun ilk qalmaqalı isə 1994-cü ilə təsadüf edir... O zaman Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin birinci müavini və nazir əvəzi olan Ağamalı dövrün baş naziri Sürət Hüseynovla aralarında yaşanmış qalmaqala görə vəzifəsindən istefa vermək məcburiyyətində qalmışdı. Əgər bu ilk olmaqla həm də, son qalmaqal olsaydı Fəzail Ağamalının qalmaqallı siyasətçi obarzı formalaşmazdı… Fəzail Ağamalının mərhum prezident Əbülfəz Elçibəylə “ANS”-in səhnəsində qaşılaşması da yaddaşlardan silinəcək olay olmadı. O zaman Əbülfəz bəyin Fəzail müəllimə “Sus Fəzail, mənim yanımda danışma” deməsi ilə onu susdurması mediada və ictimai arenada müzakirə mövzusu oldu. Əcəba, Fəzail Ağamalı hansı günahın sahibi olub ki, Əbülfəz bəydən bu cavabı alıb da susdu?
Sonralar Zərdüşt Əlizadənin “Elçibəyin dəstəsində Fəzail kimi təxribatçılar vardı” deməsi az da olsa Əbülfəz bəyin Fəzail Ağamalını susdurmasına aydınlıq gətirmiş oldu...
2007-ci ilin martında Fəzail Ağamalı ilə sabiq həmkarı Hüseyn Abdullayev arasında yaşanan olay… Milli Məclisin iclasında deputat Hüseyn Abdullayev hökumətin hesabatının deputatlara əvvəlcədən təqdim olunması ilə bağlı tələblə çıxış edərkən Fəzail Ağamalının «otur aşağı» deməsi onu təbdən çıxarmış və iki deputat əlbəyaxa olmuşdur. Davadan əvvəl isə deputatlar bir-birini “yağlı” söyüşlərə qərq etmişdilər...


Daha sonra isə Fəzail müəllim adaşı Fəzail İbrahimli ilə qovğa yaşamalı oldu. Həmən qalmaqal zamanı ən çox diqqət çəkən məqam isə Fəzail İbrahimlinin Fəzail Ağamalı haqqında açıqlaması oldu: “Şükür ki, Fəzail Ağamalı sağalıb, gəlsin oturaq danışaq. Ürəyimdən keçən məsələləri danışaq. Bu, onun bioqrafiyası ilə bağlıdır. Ona ziyan verə biləcək məlumatlardır, amma mən onları mətbuata açıqlamaram, özünə deyəcəm. Onun tərcümeyi-halında elə şeylər var ki, gərək gündəmə çıxarmayasan. Özünə deyəcəm ki, mən bunları deyə bilərdim, amma demədim. Yerini və həddini bil. Fəzail Ağamalı ömür böyü belə olub. Onun həyat tərzi ona-buna şər atmaq, sataşmaqdır. Oğlumu cinayətkar adlandırıb, bununla da hüquq-mühafizə orqanlarına böhtan atır. Mənim üçün deyib ki, kiminsə kölgəsinə sığınmışam. Onun isə heç kölgəsi yoxdur, tikanı var”. İbrhimlinin Ağamalının bioqrafiyası ilə bağlı nələrə işarə etdiyi başqa bir araşdırma mövzusudur…
O ki, qaldı Fəzail Ağamalının Gəncə şəhərində pedaqoji fəaliyyəti dönəminə təsadüf edən məşhur və müdhüş olayı xatırlamağı məlum səbəblərdən uyğun bilmirəm. Zatən ölkə mediasında bu haqda çox yazılıb…
Cənab Ağamalı haqqında əski dostu Eldar Sabiroğlunun da yazısı maraqlı faktlarla zəngindir-(https://konkret.az/sabiq-deputat-fezail-agamali-haqqinda-sok-faktlar-aciqladi/)
                             “Qurbanlıq keçi” və “yandırılan yaşıl işıq”
İndi isə 60 saylı Salyan-Neftçala seçki dairəsinin seçicilərini düşündürən onları parlamentdə bu dəfə kimin təmsil edəcəyidir. Xatırladım ki, bu dairə üzrə Fəzail Ağamalıdan əlavə daha səkkiz namizəd sıralanıb. Hakim Yeni Azərbaycan Partiyası bu dairədən Salyan Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Etibar Axundovun namizədliyini irəli sürməklə Fəzail Ağamalıya de-fakto “yaşıl işıq yandırıb”. Belə görünür ki, gənclərə stavka edən hakim dairə hələ də 73 yaşlı Fəzail Ağamalının Milli Məclisdə təmsil olunmasına loyal yanaşır. Bu yanaşma isə siyasi dairələrdə də yumşaq desək birmənalı qarşılanmır.  Fəzail Ağamalı elə bir ciddi siyasi çəkiyə malik siyasətçi deyil ki, millət vəkilliyi iqtidara hansısa dvident gətirsin və bu səbəbdəndə parlamentə gedən yolu təmizlənsin. Yaxud Ana Vətən Partiyası elə bir siyasi gücə malik təşkilat deyil ki, iqtidar bu güclə hesablaşmaq məcburiyyətində qalmış olsun. Görünür bu səbəblərdəndir ki, yenixeber.org-a daxil olan məlumata görə Salyan rayonunun Aşağı Noxudlu, Yuxarı Noxudlu, Çuxanlı, Piratman-Gəncəli, Parça Xələc, Seyidan, Xələc, Qarabağlı, Təzəkənd, Kolanı, Kərimbəyli və Gomuşlu kəndlərinin, eləcə də Qaraçala qəsəbəsinin sakinlərini belə bir sual düşündürür- niyə onları Milli Məclisdə yenidən Fəzail Ağamlı təmsil etməlidir? Halbuki, namizədlərin sırasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, gənc alim Aytən Qurbanova kimi namizəd də yer alır... Aytən xanımın “Xocalı soyqırımı və beynəlxalq hüquqda soyqırım cinayəti”, “Su probleminin Yaxın və Orta Şərqdəki dövlətlərarası münasibətlərə təsiri” və “Orta Şərqdəki sülh prosesində su problemi” kimi məqalələri onun beynəlxalq siyasətin incəliklərinə bələd olmasını göstərir. 73 yaşlı Fəzail Ağamalı ilə müqayisədə gənc alim, 33 yaşlı Aytən Qurbanova məlum üstünlükləri ilə qanunverici orqanda daha əhəmiyyətli təmsilçi kimi diqqəti çəkir.


Fəzail Ağamalının alternativləri sırasında bəlli üstünlükləri ilə fərqlənən digər namizəd Qarabağ qazisi Kamil Musəvidir. Mediada yer alan məlumatlara və Kamil Musəvinin bildirdiyinə görə “dairə ərazisində yaşayan seçicilərə əvvəlki deputatın adamları, yerli icra orqanları hədə-qorxu gəlir, müxtəlif yollarla təzyiqlər edirlər”. Hətta bu səbəbdən Qarabağ qazisi cənab prezidentə videomüraciət də ünvanlayıb: (http://yenixeber.org/sosial/87357-namized-qarabag-qazisinden-ve-secicilerinden-prezidente-sok-muracet-.html)  

Fəzail müəllimin seçki texnologiyası və qarşılaşdığı seçici münasibəti ilə də bağlı elektron mediada xoş olmayan xəbərlər yayılır.  Ötən ay mediada yer alan yazıların birində belə bir ifadə diqqəti çəkirdi: “Biz, Salyan rayonunun Noxudlu, Çuxanlı, Kolanı, Kərimbəyli sakinləri Fəzail Ağamalının yenidən bizim dairədən namizəd olmasına etiraz edirik”… (https://milletinsesi.info/article/az/180536)

Bu istiqamətdə hörmətli Fəzail Ağamalının seçicilərindən yenixeber.org-a da məlumatlar daxil olmaqdadır. Məlumatları araşdırmaq imkanımızın məhdudluğu səbəbindən geniş yaza bilmirik...  

Artıq seçkiyə beş gün, sakit günə isə dörd gün qalır. Başqa sözlə mandatla sahibini sayılı günlər ayırır... Haqqı olan, seçilən qazansın. 

İlqar Salmanov

шаблоны для dle 11.2