Zahid Orucdan fərqli seçki kampaniyası – Hesabat
Baxılıb: 648 Tarix: 06-02-2020 15:30
94 saylı Bərdə kənd seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizəd Zahid Oruc təşviqat dönəmində uğurlu seçki kampaniyası aparıb.
Qanunvehedef.az xəbər verir ki, Zahid Orucun rəsmi Feysbuk və İnstaqram səhifələri təbliğata start verilən gündən aktiv şəkildə fəaliyyət göstərib, burada onun kəndlərdəki görüşlərindən fotolar, videolar paylaşılıb. Həmçinin, səhifədə müxtəlif “kəpslər” və səs yazılarının paylaşılması ilə Zahid Oruc sosial və onlayn mediada çox fərqli və güclü kampaniya aparıb.
Onun seçicilərinə paylamaq üçün dərc etdirdiyi xüsusi buraxılış - 12 səhifədən ibarət qəzet görüşdüyü bütün seçicilərə paylanıb. Qəzetdə həm Zahid Ourucun millət vəkili olduğu illərdə Parlament tribunasından qaldırdığı məsələlər və fəaliyyətinə həsr olunan hesabat, həm 2020-ci ildəki növbədənkənar seçkilər üçün platforması, həm də seçicilərin fikirləri yer alıb.
Təbliğata start verilən gün Zahid Oruc təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun ən böyük kəndlərindən biri - 32-lərdə sakinlərlə görüş keçirib. 300-dən artıq seçicinin iştirak etdiyi görüşə Hacıəhmədli, Bayramlı, Vəliuşağı kəndlərinin sakinləri də qatılıb.
Təşviqatın sonrakı günlərində O, Mollaməmmədli kənd klubunda Mollaməmmədli, Sərkarlar, Gülgəzli, Mollaisalı və Kolayır kəndlərindən gəlmiş 120-dən çox sakin ilə görüşüb.
Daha sonra Zahid Oruc Bərdənin Mustafağalı və Arabaçılar kəndlərinin 100-dək sakini ilə Mustafağalı kənd orta məktəbində görüş keçirib.
O, seçiciləri ilə bir-bir söhbət edərək onların problemləri ilə maraqlanıb, seçicilərin ona olan diqqətindən böyük məmnunluq keçirdiyini bildirib.
Təbliğat günlərində 94 saylı Bərdə kənd seçki dairəsindən Milli Məclisin üzvlüyünə bitərəf namizəd Toğrul Şahtaxtinski və Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının sədri İbrahim Tahir oğlu Məmmədov öz namizədliklərini Zahid Orucun xeyrinə geri götürüblər və tərəfdarlarını seçkilərdə ona səs verməyə çağırıblar.
bu dairədən namizəd Zahid Orucun xeyrinə öz namizədliyini geri götürüb. O, bunun səbəbini Zahid Orucun seçki platformasındakı çağırışları dəstəkləməklə, onun Milli Məclisdə Bərdə kənd daiəsini layiqli təmsil edəcəyinə inanmaqla izah edib.
Zahid Oruc Qaradırnaq kəndində Qaradırnaq, Hacılar, Hüseynalılar kənd sakinləri ilə də görüşüb. Görüşdə düşmənlə üz-üzə dayanan Bərdənin şəhidlərindən danışıb, göstərilən diqqətdən bəhs edib.
20 Yyanvar günü o, Bərdədə Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın ailələrini ziyarət edib. Onların problemləri ilə maraqlanıb.
Sonrakı günlərdə Zahid Oruc Şirvanlı, Uğurbəyli, Dəymədağıldı kənd sakinləri ilə bir araya gəlib. Yüzdən artıq seçicinin iştirak etdiyi toplantıda kənd ağsaqqaları namizədə ötən beşillikdə etdiyi xidmətə görə təşəkkür ediblər.
Z.Oruc bir çox məsələlərin həlli ilə bağlı dövlət proqramları kontekstində müvafiq işlərin görülə biləcəyini və bunun üçün vacib addımlar atacağını deyib.
O, bir sıra kəndlərdə görüş keçirdikdən sonra Mollalıda Milli Qəhrəman Səfiyar Behbudovun məzarını ziyarət edib.
Bərdənin ən əhəmiyyətli kəndlərindən olan - Qazaxlar və Xəsilinin də sakinləri 9 fevralda öz seçimlərini Zahid Orucdan yana edəcəklərini açıqlayıblar.
Zahid Oruc Bərdədə şəhid Aqşin Həsənovun ailəsinə baş çəkib. O, şəhidin ailə üzvləri ilə söhbət edib, qayğıları ilə maraqlanıb. Kəşfiyyatçı, xüsusi təyinatlı hərbçi kimi şəhidin döyüş yolundan şərəflə bəhs edilib.
Daha sonra Bərdənin ən məşhur kəndlərindən biri - Ləmbərana baş çəkib. Kənd əhalisi ilə görüşdə ölkədə baş verən yeniliklər müzakirə edilib, kənd sakinləri namizədə ötən beş ildəki fəaliyyətinə görə təşəkkür ediblər.
94 saylı seçki dairəsindən deputatlığa namizəd Zahid Oruc doğum günündə Bərdədə İmamzadə türbəsini ziyarət edib. Ziyarət zamanı imamların ruhuna dualar oxunub, Azərbaycan dövləti, xalqı üçün ən xoş arzular dilənib.
Zahid Oruc Bərdənin Xanxanımlı kəndində sakin Eyvaz Əliyevin evində kəndin zəhmətkeş adamları ilə səmimi görüş keçirib. Ötən illər ərzində rayonun keçdiyi inkişaf yolu, baş verən dəyişikliklər, eləcə də kəndin təsərrüfat adamlarının problemlərindən bəhs olunub.
Zahid Oruc seçki kampaniyası müddətində demək olar ki, 94 saylı seçki dairəsinin ərazisində məskunlaşan bütün seçicilərlə görüşüb, onları dinləyib, problemləri ilə maraqlanıb.
Ümumilikdə aktiv seçki təbliğatı aparan Zahid Oruc bütün əhalini 9 fevraldakı seçkilərdə fəal olmağa səsləyib.
Ən çox oxunanlar
Son xəbərlər