Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakıda vəzifəli şəxs bir həftədə ikinci dəfə cərimələndi - 6000 manat

Baxılıb: 673     Tarix: 12-06-2018 10:30   
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Araz küçəsi 3 ünvanında fəaliyyət göstərən müəssisə tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.
 
 
Nazirliyin mətbuat xidmətindən Qanunvehedef,az-a verilən xəbərə görə, araşdırma zamanı havaya tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Buz Metal” MMC tərəfindən atıldığı müəyyən edilib. Atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının artıq olduğu məlum olub.
 
 
Faktla bağlı MMC-nin direktoru Məmməd Ələkbərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub. Qanun pozuntusunun aradan qaldırılması üçün MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
 
 
Qeyd edək ki, adıçəkilən müəssisə rəhbəri iyunun 6-da da havanı çirkəndirməsi səbəbindən nazirlik tərəfindən 3000 manat cərimələnmişdi.  




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar