Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Əflatun Amaşov jurnalisti təhqir edən generala səsləndi – “Heç bir əndazəyə sığmayan…”

Baxılıb: 524     Tarix: 12-06-2018 19:59   

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin “Bizim Yol” qəzetinin əməkdaşı Əli Cahangiroğlunu təhqir etməsinə münasibət bildirib.
MŞ sədri deyib ki, vəzifə səlahiyyətlərini yerinə yetirən jurnalistin təhqirə, aşağılayacı rəftara məruz qalması qətiyyət yolverilməzdir. “Buna görə də «Bizim yol» qəzetinin əməkdaşı Əli Cahangiroğlunun üzləşdiyi durumdan dərin təəssüf hissi keçirirəm. Hesab edirəm ki, bu təəssüf hissini bütövlükdə media ictimaiyyəti qəzəbli və hiddətli şəkildə yaşamaqda tam haqlıdır.
Biz, hər zaman vəzifə sahiblərinin, dövlət məmurlarının, daşıdığı missiya ictimai əhəmiyyət kəsb edən hər kəsin media ilə davranışının korrekt olmasını yalnız etik baxımından əsaslandırmır, eyni zamanda demokratik cəmiyyət quruculuğunun vacib şərti kimi izah edirik. Əlbəttə, demək olmaz ki, jurnalistlər də öz işlərinin öhdəsindən tam peşəkarlıqla gəlirlər. Mövcud sahədə kifayət qədər problemlər var. Ancaq «Bizim yol» qəzeti əməkdaşının üzləşdiyi durum fərqli müstəvidə dəyərləndiriləcək, hansısa səbəb axtarılacaq məsələ deyil. Ortada jurnalistin ünvanladığı konkret sual və qarşı tərəfin heç bir əndazəyə sığmayan yaraşmaz reaksiyası var.
Yüksək dövlət vəzifələri daşımış şəxsin işlətdiyi nalayiq söz bütövlükdə cəmiyyət üçün sarsıntıdır. Düşünürəm ki, Ərziman Əliyev də məsələnin fərqində olmalı, nəticə çıxarmalıdır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar