Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Yeni nazir bu xanımı özünə müşavir təyin etdi

Baxılıb: 729     Tarix: 13-06-2018 12:25   

Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni təyinat olub.
Report-un əldə etdiyi məlumata görə, nazir İnam Kərimov Şəbnəm Məmmədovanı özünə innovasiya üzrə müşavir təyin edib.
Ş.Məmmədova ADA Universitetinin “Biznesin idarə edilməsi” fakültəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib.
O, 8 ilə yaxın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində innovasiyalar sektorunun müdiri olub.
Ş.Məmmədova informasiya və kommunikasiya texnologiyaları (İKT), innovasiyalar üzrə qadınların maarifləndirilməsinə və savadlılığının artırılmasına xidmət edən “İKT-də Qadınlar Klubu”nun həmtəsisçisidir.
KTN-nin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov xəbəri təsdiqləyib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar