Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ramazan ayından sonra necə qidalanmaq lazımdır?

Baxılıb: 558     Tarix: 16-06-2018 11:54   

Ramazan ayı boyunca oruc tutan insanın mədəsi az qidaya, susuzluğa öyrəşir. Bəs görəsən orqanizm birdən-birə əvvəlki rejimə qayıdanda hansı fəsadlarla üzləşə bilər? Əvvəlki vərdişə qayıtmaq üçün nələr edilməlidir?
Qanunvehedef.az xəbər verir ki, aclığa və susuzluğa öyrəşmiş mədədə orucluqdan sonra hər hansı problemin yaşanmaması üçün hər kəs qidalanmasına diqqət yetirməlidir. Çünki Ramazan ayında gün ərzində cəmi iki dəfə qıdalandığımız üçün arada 16-17 saatlıq bir zaman dönəmində orqanizm qoruma mexanizmində çalışır. Maddələr mübadiləsi, metobalizma zəifləyir.
Dietoloqlar bildirir ki, oruc tutan şəxslər Ramazanda iki dəfə qidalanırdılarsa, bunu 5-6 yerə bölməlidirlər. Yəni az-az, tez-tez qidalanmaq məsləhətdir.
Ara zamanlarda mütləq süd məhsulları qəbul edilməldir - qatıq, ayran, meyvə, az miqdarda çərəz. Bol kərə yağında bişən yeməklərdən uzaq durmaq lazımdır. Qidaların bişirilmə yöntəmi önəmlidir. Yeməklər daha çox buğlama, soyutma tipli olsa, daha məqsədəuyğundur.
Orucluqdan sonra fiziki aktivliyə xüsusi diqqət yetirmək məsləhətdir. İftar gec saatlarda olduğuna görə, faktiki olaraq bədən hərəkətsiz qalır. Buna görə hər gün 30-45 dəqiqə arası yürüşlər, rəqs və yaxud üzgüçülüklə məşğul olmaq lazımdır.
Yay ayı olduğunu nəzərə alıb, bol su qəbulu məsləhətdir. Ramazan ayında bəzi insanlar var ki, imsak vaxtı yuxudan durmayıb, ancaq iftarla kifayətləniblər. Bu vaxt bədəndə su qıtlığı yaranır. Gündə yeməkdən yarım saat öncə və yarım saat sonra olmaq şərti ilə 8-10 stəkan su içmək lazımdır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar