Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qənirə Paşayeva Tovuzda gənclərə çağırış edib

Baxılıb: 555     Tarix: 16-06-2018 19:00   

Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı münasibəti ilə böyük tədbir və konsert proqramı keçirilib. Qanunvehedef.az xəbər verir ki, bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Qənirə Paşayeva, rayon ziyalıları, sakinlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, 15 iyun xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Taleyin hökmü ilə sınaqlara çəkilən, parçalanmaq həddinə çatan dünya azərbaycanlılarının ümid yeri - Vətənimiz Azərbaycan 1993-cü ilin əvvəllərində ağır vəziyyətlə  üzləşmişdir. Lakin bu çətin məqamda Heydər Əliyev xalqın səsinə səs verərək 1993-cü il iyunun 9-da xilaskarlıq missiyası ilə Bakıya qayıtmış və iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilərək bir daha öz xalqına ləyaqətlə xidmətə başlamışdır və ölkəmizi inkişaf etdirmişdir. Bu gün isə ümummilli lider Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimiz böyük uğurlar qazanır. Millət vəkili Q.Paşayeva Milli Qurtuluş günü, onun tariximizdəki yeri, ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün böyük xidmətlərindən danışaraq gəncləri ondan örnək almağa, yaxşı oxumağa, hansı işdə çalışmalarından asılı olmayaraq öz işlərində peşəkar olmağa, Vətənin, Millətin maraqlarını öz şəxsi maraqlarından və hər şeydən üstün tutmağa, tariximizi, mədəniyyətimizi dərindən öyrənməyə çağırıb. Bizim hamımız üçün Azərbaycandan dəyərli heç nə ola bilməz, hamımız ölkəmizin daha da inkişafı üçün daha da çox çalışmalıyıq deyən millət vəkili Q.Paşayeva tovuzluları müqəddəs Ramazan bayramı münasibəti ilə də təbrik edib.   Ramazan ayı demək, paylaşmaq, bölüşmək, yaxşılıq etmək yaxşı əməllərə səslənmək deməkdir deyən millət vəkili Qənirə Paşayeva hər bir insana Ramazan ayının əxlaqı, hikməti ilə bütün il ərzində yaşamağı arzu edib. Q.Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bu gözəl bayramlarımızı o gözəl torpaqlarımızda da keçirəcəyik”. Tədbir Bakıdan gəlmiş tanınmış sənətçilıərin, yerli musiqi quruplarının və istedadlı balacaların ifasında maraaqlı konsert proqramı ilə davam edib. Tədbirdən sonra rayon icra hakimiyyəti başçısı və millət vəkili Q.Paşayeva sakinlərlə geniş söhbətlər edib,qayğıları ilə maraqlanıblar. 


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar