ƏLBİR OLUB "66" İLƏ "67"... - GƏDƏBƏY TƏHSİLİNDƏ YAŞ SENZİ SAVAŞI
Baxılıb: 509 Tarix: 20-06-2018 13:04
65 yaş senzinin yalnız orta məktəb müəllimlərinə şamil edilməsicəmiyyətdə birmənalı qarşılanmadı, onlara qarşı haqsızlıq kimiqiymətləndirildi. Həmçinin, mədəniyyət, təhsil, səhiyyə işçiləri üçün də 65yaş senzi tətbiq edilir. Bu da sosial ədalət prinsipinə ziddir. 65 yaş senzitətbiq edilməyə başlananda, belə bir maddə də vardı ki, 65 yaşdan sonra 5il müddətində müqavilə ilə çalışmaq hüququ verilir. Bunun üçün də gərəkuyğun şərtlər olsun. Deyək ki, 65 yaşı tamam olmuş müəllimin fənninitədris edəcək başqa müəllim yoxdursa, məktəb direktoru onu saxlayabilərdi. Yaxud, təltifləri, mükafatları olanlar, elmi dərəcəsi olanlar, əməkdarmüəllimlərə güzəşt ediləcəyi bildirilirdi.Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdlünün bu mövzudafikirləri diqqətəlayiqdir: "Məmurlarla bağlı biz yaş senzinin tətbiqinimüşahidə etmədik. Amma orta məktəb müəlliminin 65 yaşı tamam olankimi, qapını açıb, hörmətsiz yola saldılar. Hətta yanvar ayında 65 yaşıtamam olmuş müəllimə tədris ilini başa vurmağa da imkan verilmədi. Sizədeyim ki, yaş senzinin tətbiqi bir çox müəllimlərdə böyük ruh düşkünlüyüyaratdı. Elə müəllimlər var, üzr istəyirəm ifadəmə görə, dəli olmaqdərəcəsinə çatdılar. İndi də 65 yaşı tamam olmuş, amma buna baxmayaraqtədris prosesini aparmağa kifayət qədər potensialı, gücü olan müəllimlərvar. Mənim üçün hələ də müəmmalıdır ki, yaş senzi niyə məhz orta məktəbmüəllimlərinə şamil edilir? Əgər bu, işsiz müəllimlərin işlə təmin edilməsiməqsədi daşıyırsa, bununla problemi həll etmək onsuz da mümkünolmayacaq. Necə ki, neçə ildir mümkün olmur. İşsiz müəllimlər ordusununyaranmasının səbəbi isə strateji planlanmanın düzgün aparılmamasıdır.Yəni, orta məktəb müəllimlərinə 65 yaş senzi tətbiq etməklə onsuz da buproblemi həll etmək mümkün deyil. Belə olan halda, əksinə, sevimli işiniitirən, illərlə çalışdığı məktəbdən yola salınan müəllimlər bitkin bir vəziyyətədüşür, həyatdan küsürlər. Təqaüdləri də aşağıdır. Faktiki işdən çıxarılanorta məktəb müəllimi əzab çəkir. Müəllimə bu əzabları yaşatmaq nədərəcədə doğrudur?!"Həmin əzabları yaşamaq məcburiyyətində qalanlardan biri -Redaksiyamıza müraciət edən Gədəbəy rayonunun Novosaratovka inzibatiərazi vahidliyinin Tağlar kənd sakini Tağıyev Tağı Qırış oğlu ərizəsindəmüharibə veteranı, Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları vəŞəhid Ailələri İctimai Birliyinin üzvü, məcburi köçkün, 2003-cü ildən YeniAzərbaycan Partiyasının fəal üzvü kimi təqdim olunur. Yazır ki, Gədəbəyrayon Bilal Qəhrəmanov adına Yenikənd kənd orta məktəbində gənclərinçağırışaqədərki hazırlığı üzrə müəllim (hərbi müəllim) işləyirmiş:"...65 yaşımın tamam olması ilə əlaqədar olaraq məni Gədəbəy rayonTəhsil Şöbəsinin müdiri Nağıyev Baxış Nağı oğlu və Bilal Qəhrəmanov adınaYenikənd kənd orta məktəbinin direktoru Məmmədov Oktay Rza oğlusoruşmadan, razılıq ərizəsi almadan məcburi pensiyaya göndərdilər. Həminixtisas üzrə kənddə və məktəbdə yeganə müəllim mən idim, mənimlə yenimüqavilə bağlamadılar. Təhsil Nazirliyinə yazılı surətdə 10 dəfə müraciətetmişəm, lakin, heç bir cavab almamışam. Məktəbdə ştatlar məktəbdirektoru və təhsil şöbəsinin müdiri arasında istədikləri kimi bölüşdürülür.Mən müharibənin od-alovunun içindən keçmişəm, hər şeyi əyani olaraqyaşamışam, canlı müharibə şahidi, döyüşlərin iştirakçısıyam..."Şikayətçinin sözlərinə görə, Gədəbəy RTŞ-nin müdirinin özünün 2016-cı ilin mart ayında 65 yaşı tamam olub, dövlət tərəfindən heç bir mükafatı,fəxri adı olmayan rus dili müəllimidir. Necə vəzifədə qalıb - araşdırılmalıdır.38 il dərs demiş olduğunu, mükafatlar aldığını, vaxtilə Leninin 100 illiyimedalı ilə təltif edildiyini, xidmət etdiyi alay üzrə 3 medaldan birinciniqazandığını, İki dəfə Sovet İttifaqı Qəhrəmanı aviasiya marşalı Paraşkintərəfindən medal və qramota ilə şərəfləndirildiyini, özü ilə birlikdə 12-13nəfər Qarabağ müharibəsi veteranı yetişdirdiyini, dərs dediyi məktəbinməhz onun şagirdinin adını daşıdığını, nçə nəfər yetirməsinin hərbçikaryerası seçdiyini, özünün təkcə vuruşmaqla kifayətlənməyərək cəbhəyəsilah-sursat almaq üçün maddi yardım göstərdiyini, Qarabağ uğrundadöyüşən əsgərlər üçün geyim dəstləri aldığını vurğulayan şikayətçi qeydedir ki, məktəbin direktorunun özünün 2017-ci ilin avqust ayında 65 yaşıtamam olsa da, 2017-2018-ci dəs ili üçün müqavilə bağlayıb işləyir.Tağıyev bildirir ki, məktəbdə anarxiya, özbaşınalıq hökm sürür:"1988-1994-cü illərdə gecə-gündüz erməni işğalçılarla döyüşmüşəm. Mənimyerimə təyin olunan Məhəmmədəli Quliyev 1987-ci ildə Kənd Təsərrüfatıİnstitutunu qurtarıb. Nə dövlət işində işləyib, nə sovet ordusunda xidmətedib, nə də Milli Orduda. 1988-ci ildən bu yana üstündə gəzdiyi torpaquğrunda, yaşadığı vətəni, xalqı uğrunda bir gün, bir saat, bir dəqiqə beləvuruşmayıb. Özü də siyasi orientasiyası şübhəlidir, 2015-ci ilə qədər AXCpartiyasının üzvü olub. Bu adam hərbi hazırlıq müəllimi işləyə bilməz. Buişdə haqq-ədalət naminə mənə kömək etməyinizi xahiş edirəm. On u işəgötürən məktəb direktoru və RTŞ müdiri məsuliyyət daşıyırlar. Xahişedirəm, bu məsələni araşdırıb mənim öz işimə müqavilə əsasındaqayıtmağıma köməklik göstərəsiniz".Ağsaqqal hərbi hazırlıq müəllimi məktəbdə kadr siyasətində yol verilənbir çox başqa neqativ hallardan da yazıb: "Məktəb direktoru öz həyatyoldaşını, gəlinini məktəbdə işlə təmin edib. Mamaçalığı qurtaran şəxs UşaqBirliyinin rəhbəri işləyir. Məktəbdə ingilis dili, informatika, fizika, təsviri incəsənət müəllimləri yoxdur. Bunların hamısına vakant yeri verilməliolduğu halda nədənsə hələ verilmir. 7 iş yeri qeyri-qanunidir. RTŞ müdiribunları bilsə də, heç bir ölçü götürmür".İndi isə "yaşı 65-i keçən müəllimlər hansı şərtlərlə işinə davam edə bilər"sualına Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini-sektormüdiri Eşqi Bağırovun cavabını olduğu kimi Sizlərə çatdırırıq:"Bildiririk ki, çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsininmüddəti Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi vəNazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiştələblər və meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiqedilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltifedilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, “Ən yaxşı müəllim”müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçinibaşqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasınaimkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) vəhəmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmamasışərti gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasındamüəs sisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadılabilər. Qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çoxuzadılmasına yol verilmir".Qeyd edək ki, Tağı müəllimi əvəzləyən Məhəmmədəli Quliyev birincininsözlərinə görə, hərbi hazırlıq fənnini tədris etmək üçün heç də ixtisaslı kadrsayıla bilməz. Bundan əlavə, Tağı müəllim hələ ki səhhətindən şikayətlənmir.Onun işləmiş olduğu kollektivdə və ümumiyyətlə cəmiyyətdə nüfuzuna xələlgətirə biləcək hər hansı bir informasiya yoxdur. Təltifləri var, intizam tənbehinədə məruz qalmayıb. Əks arqument ortaya qoymaq istəyənləri dinləməyəhazırıq.
İsmipünhan
İsmipünhan
Ən çox oxunanlar
Son xəbərlər