Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal yüksəlib

Baxılıb: 541     Tarix: 21-06-2018 14:58   

“2020-ci ilədək məktəbəhazırlıqda əhatəliliyin 90 faizə çatdırılması nəzərdə tutulub”.
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev Nazirliyin hesabat tədbirində çıxışı zamanı deyib. O bildirib ki, dövlət büdcəsi hesabına məktəbəhazırlığın təşkili 5-6 yaşlı uşaqların 65 faizini əhatə edib.
Şöbə müdirinin sözlərinə görə, 2012-ci ildə 6 yaşdan yuxarı uşaqların məktəbə gec başlaması halları 12 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 6 faiz olub.
E. Əmrullayev qeyd edib ki, ötən illə müqayisədə təmayülləşmə üzrə məktəb sayı 6 dəfə, sinif və şagird sayı isə 4 dəfə artıb.
Şöbə müdiri onu da qeyd edib ki, 2017-ci ilin qəbul imtahanlarında məzunların 44 faizi 200 baldan az toplasa da, bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub: “2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal yüksələrək 177-dən 239-a çatıb”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar