Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İşdən qovulan Quliyev AQTA-da necə vəzifə alıb? - Rəsmi

Baxılıb: 577     Tarix: 22-06-2018 16:40   

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 20 iyunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi vəzifəsindən tarlalardakı zəhərlənmə faktına görə azad olunmuş Camal Quliyevin 21 iyunda Agentliyə təyinatı ilə bağlı yayılan məlumatlar yalandır.
Bu sözləri Qanunvehedef.az-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev deyib.
Qeyd edək ki, bu gün Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi bir neçə rayonda pambıq tarlalarındakı zəhərlənmə faktı ilə bağlı birgə məlumat yayıb. Məlumatda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Quliyev Camal Alqulu oğlunun zəhərlənmə faktına görə 2018-ci il 20 iyun tarixində tutduğu vəzifədən azad olunduğu bildirilib.
C.Quliyev isə ötən gün açıqlamasında zəhərlənmə faktına görə işdən azad olunması barədə yayılan məlumatı təkzib etmişdi, daha sonra isə onun AQTA-da şöbə müdiri vəzifəsinə təyin olunduğu məlumatı yayılmışdı.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar