Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Avtoxuliqanlıq edən sürücü həbs olundu

Baxılıb: 547     Tarix: 23-06-2018 12:20   

Zaqatala rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, rayonun mərkəzi küçələrində avtoxuliqanlıq edən VAZ-21011 markalı avtomobilin sürücüsünə həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən “saxla” əmri verilib.
Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili YPX ekipajı təqib edib və avtomobil saxlanılıb. Sürücünün Zaqatala şəhər sakini Emil İbrahimov olduğu müəyyənləşib. O, saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib.
Zaqatala Rayon Məhkəməsinin qərarı ilə E.İbrahimov inzibati qaydada 40 sutkalıq azadlıqdan məhrum edilib.
Qeyd edək ki, əvvəllər də avtoxuliqanlıqla inzibati məsuliyyətə cəlb olunmuş E.İbrahimov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar