Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıdan Batumiyə avtobus reysi yenidən açılır

Baxılıb: 594     Tarix: 25-06-2018 17:10   

İyulun 2-dən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gürcüstanın Batumi şəhərinə avtobus reysi həyata keçiriləcək.
Kompleksdən Qanunvehedef.az-a verilən məlumata görə, reyslər həftənin 1, 3, 5-ci günləri baş tutacaq.
Avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9.00-dır. Avtobusların Batumidən yola düşmə vaxtı isə 3, 5, 7-ci günlər saat 10:00-da olacaq. Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizidir. Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər. Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub.
Sərnişinlərə tövsiyə edilir ki, biletləri əvvəlcədən alsınlar. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya online qaydada əldə etmək olar.шаблоны для dle 11.2