Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Ağ canavar”dan polislər haqda tərif

Baxılıb: 590     Tarix: 02-07-2018 13:29   
 
Ölkəmizin dörd bir tərəfində böyük bir inamla çalışan və xalqımız üçün heç bir fədakarlıqdan qaçmayan, gecəsini gündüzünə qatan, 24 saat cəmiyyətimizin, xalqımızın rifahına, qeydinə qalan və müdafiəsi üçün çalışan başda Daxili İşlər naziri, polis general-polkovniki Ramil Usubov olmaqla, polislərin hər birinin bayramını təbrik edirəm.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri “Ağ canavar” ləqəbli azərbaycanlı kikboksçu, 23 qat dünya çempionu Eduard Məmmədov polisləri təbrik edərkən deyib. O, Azərbaycan polisi olduğu üçün fəxr etdiyini bildirib:
“Bu gün Azərbaycan polisinin 100 illiyi qeyd olunur. Hər zaman vətənimin bayrağını dünyada ucaltmağa bir polis, idmançı və ən əsası Azərbaycan vətəndaşı kimi əlimdən gələni etməyə hazıram”.
Qeyd edək ki, Eduard Məmmədov hazırda Daxili İşlər Nazirliyində işləyir, polis polkovnik-leytenant rütbəsindədir və öz fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}