Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Məşhur erməni Bakıya gəlmək istəyir

Baxılıb: 609     Tarix: 03-07-2018 17:13   

Məşhur erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycana səfər etmək istədiyini açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Vanyan öz Feysbuk səhifəsində paylaşıb.
“Dostum Zərdüşt Əlizadəyə yazdım ki, Azərbaycan hakimiyyətindən mənim bu ölkəyə gəlməyimlə bağlı icazə alsın. Doğma kəndimi ziyarət etmək və Zərdüştün qonağı olmaq istəyirəm. O, uzun müddətdir məni özünün dənizin sahilində yerləşən evində bir neçə günlük istirahətə çağırır. O, söz verib ki, müraciət edəcək. Yaxşı xəbərlər gözləyəcəyəm”, – deyə Vanyan bildirib.
Qeyd edək ki, Vanyan Ermənistanın ən tanınmış hüquq müdafiəçilərindən biridir. Əslən Azərbaycandan olan Vanyan Qarabağ məsələsindəki mövqeyinə görə fərqlənir. O, bundan öncə Qarabağın Azərbaycana qaytarılması ilə bağlı çağırış edib.
Vanyan Xocalıya görə Azərbaycan tərəfindən üzr də istəyib.
O, Ermənistan hakimiyyətinin kəskin tənqidçisi kimi tanınır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar