Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Metroda su paylayan jurnalist

Baxılıb: 880     Tarix: 04-07-2018 16:33   

Ötən gün elektrik enerjisinin verilməsində yaranmış problem sərnişinlərin bir müddət metro tunelində qalmasına səbəb olmuşdu. Həmin gün yerin altından halsız vəziyyətdə gün işığına çıxan insanlara isə bir çoxları canıyananlıq etdi. Halsızları təcili tibbi yardım maşınlarına çatdıran kim, onların üzünə su çiləyən kim...
 
Ötən günün əsas qəhrəmanı isə həmkarım Əziz Əlibəyli idi. Faktor.az-ın baş redaktoru köşklərdən “kaset-kaset” su alaraq metro tunelində bir müddət qalmış, halsız sərnişinlərə paylayırdı.
 
Dünən yaşananlarla bağlı həmkarımızdan açıqlama almağa cəhd etdik. Əziz Əlibəyli mənə açıqlamasında bildirdi ki, bu ruhsal bir məsələdir və bu haqda danışmaq istəmir.
 
Hadisənin şahidi olan, Əziz Əlibəylinin dostları isə yenə də mənə açıqlamasında bildirdilər ki, ötən günün əsas görüntüsünə çevrilmiş fotonu digər jurnalist həmkarımız Rövşən Əsədov çəkib. Əzizin fotonun çəkilməsindən xəbəri olmayıb. Əziz Əlibəyli sosial şəbəkələrin qəhrəmanına çevrildiyini isə televiziya və media orqanlarından gələn aramsız zənglərdən sonra həmkarlarından eşidib. Əslən Gədəbəy rayonundan olan Əziz Əlibəylinin halsız və susuz insanlara su paylamasını isə digər həmkarı Lent.az-a bu cür nəql elədi:
 
“Evə gedirdik. Metronun önündə insanları görəndə dəhşətə gəldik. Köşklər həmin istidə adi suyun qiymətini xeyli qaldırmışdılar. “İşbazlıq” edirdilər. Əziz isə cibindən pulları çıxarıb “kaset-kaset” su aldı ki, metronun tunelindən çıxarılan insanlara paylasın. Hər kəs bu cür etməlidir. Əziz Əlibəylinin etdikləri isə əsl türkə, insanlığa xas keyfiyyətlərdir”.
 
Ötən günün qəhrəmanlarından biri də boynundan qurşağına kimi qan-tər içərisində metrodan insanları çıxaran Azərbaycan polisi idi. Adını hələlik biz də bilmirik. Bəlkə heç bilməyə də ehtiyac yoxdur. Əynində müqəddəs xidməti forması, çiyinlərindəki paqonlarına əlavə gözəllik və şan qatan həmin hüquq-mühafizə keşikçimiz də var qüvvəsi ilə halsız-huşsuz sərnişinləri təcili tibbi yardım maşınlarına çatdırmağa çalışırdı. Ötən günkü hadisə polis günündən və 100 yaşlı polis orqanımızın yuibleyindən cəmi 24 saat sonra baş verirdi. Bu cür rəşadətlə o adsız qəhrəman sadə vətəndaşların qəlblərinə yeni insanlıq yolu açdı.
 
Dünən metroda sərnişinlərin çıxarılmasında polislərin rolu çox böyük oldu, daha doğrusu əsas rolu onlar oynadı. Kimlərsə deyə bilər ki, bu polislərimizin peşə borclarıdı. Doğrudur, amma borcları olmaqla yanaşı onlar da insandırlar. Qan-tər içərisində canınyananlıqla təcili yardım maşınlarına qədər halsız insanları çiyinlərində daşımaq əsl insanlıq nümunəsidir.
 
Əziz də, həmin serjant polis də göstərdi ki, çətin anda panikanın, stressin, qorxunun üzərinə su çiləmək lazımdır.
 
Hadisə “gəlirəm” demir. Üzərimizə gələnin insanlığımızla üzərinə getmək isə biz türklərin alın yazısıdır, əziz oxucu. Elə Əziz kimi, həmin adını bilmədiyimiz polis kimi...
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar