Texnologiya Universitetinin əməkdaşı Prezidentə Müraciət etdi!
Baxılıb: 556 Tarix: 09-07-2018 14:38
Cənab prezident! Hər bir sahədə olduğu kimi, təhsil sahəsində də, hansısa nailiyyətlər əldə etmək üçün bu istiqamətdə gördüyünüz işlərin daha şəffaf olması qaçılmazdır. Bir neçə il də təhsil sahəsində yeni nailiyyətlərin əldə edilməsinə, uğurlara imza atılmasına baxmayaraq, bu gün hələ də bu sahədə kifayət qədər ciddi qüsurlar, həmçinin problemlər var ki, bu da hər bir Azərbaycan vətəndaşı kimi, təhsil işcisi kimi, məni narahat edir.
Bununla sayca bir neçə dəfədir mətbuatda sizə və dövlət orqanlarına müraciətlərim, Azərpoçt vasitəsi ilə rəsmi məktublarım olub. Şikayətlərimə pərdəarxasından baxaraq heç bir nəticə göstərməyiblər. Sizə şikayətim yenidən Texnologiya Universitetinin rektoru Akif Süleymanovdandır. A.Süleymanov üçün idarəçilikdə heç bir sərhəd, qayda qanun yoxdur. Onun törətdiyi qanunsuzluqlardan bəzilərini, yəni rəsmi sənədlərdə olanlarını nəzərinizə çatdırıram.
Mən Azər Allahverdiyevin Texnologiya Universitetinin rektoru Akif Süleymanov tərəfindən üzərinə şər-böhtan atılaraq işdən kənarlaşmışam. Akif Süleymanov tərəfindən üzümə iki qız qoyulub. Bunlardan biri Texnologiya Universitetin “Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Yuris qızı Xəlilovadır, digəri tanımadığım universitetin tələbəsi Cəmilə Əsgərzadədir. Onuda qeyd edim ki, mənim üzümə qoyulan qızlardan biri, Texnologiya Universitetinin “Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Xəlilovanın atası Gəncə 34 saylı orta məktəbin direktoru Yuris Xəlilovdur. Bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdim. 25 dekabr 2017 ci ildə Kəpəz rayon məhkəməsi tərəfindən mənə verilən əmrlər ləğv olunaraq bir ay ərzində işə qayıtmağıma qərar çıxarıldı. Qarşı tərəf Kəpəz rayon məhkəməsinin qərarını apellasiya məhkəməsinə müraciət etmişdir. 4 İyun 2018 ci ildə Gəncə Şəhər Apellasiya məhkəməsində yenidən bəraət aldım.
Üzümə duran qızlardan biri, Texnologiya Universitetinin Qiyabi və Distant təhsil mərkəzinin mütəxəssisi, Zamiqə Xəlilova rektor Akif Süleymanova ərizəsində bildirib ki:
Yazıb sizə bildirirəm ki, universitetin işçisi Azər Allahverdiyev 1 il ərzində universitet daxilində məni təqib edərək narahatlığa səbəb olmuşdur. Onu rəhbərliyə şikayət edəcəyimi dedikdə isə rəhbərlik haqqında uyğunsuz sözlər işlədərək qorxmadığını bildirmişdir. 18.10.2017 ci il tarixdə isə tələbəm sinifdə olduğu vaxt qapını açaraq mənə qarşı uyğunsuz sözlər işlətmişdir. Xahiş edirəm şikayətimi nəzərə alasınız. (İmza: Z.Xəlilova 19.10.2017)
Zamiqə Xəlilovanın rektor Akif Süleymanova yazdığı ərizənin surəti...
Ən çox oxunanlar
Son xəbərlər