Onun fəaliyyəti hamıya örnəkdir
Baxılıb: 1 533 Tarix: 17-07-2018 14:23
Tovuz ta qədim zamanlardan ərlər-ərənlər yurdu kimi tarixi salnamələr yazıb. Bu torpaq neçə-neçə igidləri öz qoynunda böyüdüb, Vətənə hədiyyə edib.
Hələ ötən əsrin 90-cı illərində mənfur düşmənlərimizlə gedən müharibə dövrlərində bir qarış torpağını belə düşmənə verməyən bu el-oba indi də öz qeyrətli oğullarının adı-sanı, hörməti ilə respublikamızda özünəməxsus mövqe qazanıb. Tovuz Rayonlararası Qeydiyyat Texniki Baxış Şöbəsinin rəisi Əsgərov Xəqani Cəbrayıl oğlu da bu yurdun qeyrətli oğullarından biridir. Öz xeyirxah əməlləri, kasıblara əl tutmağa qərar verməyi bacaran bir insan kimi Tovuz rayonunun və ümumən Azərbaycanın bir çopx yerlərində özünə dərin hörmət və ehtiram qazanıb.
Xəqani Cəbrayıl oğlu Əsgərov 1963-cü il 29 iyul tarixində Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Anası Ruqiyyə xanım Qovlardakı məktəblərdən birində müəllim işləyib, gənc nəslin təılim-tərbiyəsi naminə uzun illər çalışıb. Əbədiyyətə qovuşub. Allah rəhmət eləsin.
Atası Cəbrayıl müəllim isə bu gün də böyük hörmət sahibi olan el ağsaqqallarından biridir. Ziyalı valideynlərindən tərbiyə alan Xəqani müəllim həqiqətən də elinə, obasına nümuinəvi bir oğul kimi böyümüşdür. Ailəlidir, üç övlad atasıdır.
Xəqani müəllim rayonda gördüyü xeyriyyə işləri, əməlləri ilə bir çox idarə və təşkilat rəhbərlərinə əsl insanlıq nümunəsidir. Sadəliyi və insani hərəkətləri ilə heç vaxt öz təvazökar davranışlarında qüsura yol verməmişdir. Xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmişdir. Fəaliyyətini səmərəli, ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmuşdur. Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malikdir, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləyir, vətəndaşlarla ünsiyyətdə olduqca diqqətli və nəzakətlidir.
Qovlar şəhərinin, Tovuz elinin, bir çox rayonların sakinlərinin sevimlisi və hörmətlə adı çəkilən bir şəxsi kimi mən də istədim ki, bu məqaləni sözügedən alicənab və sadə insana həsr edəm.
Vəzifəsinin öhdəsindən ləyaqətlə gələn, rəhbərliyin etimadını doğruldan, böyükdən kiçiyə hamının hörmət və rəğbətini qazanan Xəqani müəllimə anasının südü, atasının çörəyi halaldır deyirəm. Mən bu insanı Tovuz rayonunda, eləcə də Azərbaycanın bir çox məsul vəzifələrində əyləşən məmurlara örnək göstərirəm. Xəqani müəllimin malik olduğu müsbət xüsusiyyətlər, xüsusən də sadəlik və təvazökarlıq fəzil sifətlərdir. Allah Xəqani Əsgərovu Tovuz rayonundan, öz eli- obası olan Qovlar şəhərindən əskik eləməsin. Mən də bir yazar kimi ona uzun ömür, sağlam həyat, bütün işlərində müvəffəqiyyətlər arzulayıram.
Əli Elmanoğlu
Ən çox oxunanlar
Son xəbərlər