Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Müəllimlərin üzərinə böyük yük düşür – Millət vəkili

Baxılıb: 451     Tarix: 18-07-2018 09:38   

Masallı rayonunun Ərkivan qəsəbəsində “Gənclər zərərli vərdişlərə YOX deyir” adlı tədbir keçirilib. Qanunvehedef.az xəbər verir ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri Qənirə Paşayeva və Rəşad Mahmudov iştirak edib.
Qənirə Paşayeva bildirib ki, hazırda il ərzində 5,4 milyon insan tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişir:
“Gənclər arasında qumar oyunları, tütün məhsullarından, spirtli içkilərdən və narkotik maddələrdən istifadə olunmasına qarşı, ona meyilliyin artmaması istiqamətində ciddi mübarizə tədbirlərini, maarifləndirmə işlərini artırmalıyıq. Gənclərin qumar oyunlarına aludə olmasına və bununla da öz həyatlarını məhv etmələrinə qarşı mübarizəmiz bir cəmiyyət olaraq güclü olmalıdır. Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirlər. Siqaretin dəhşətli zərərli təsirləri var və onu atmaq, ondan xilas olmaq heç zaman gec deyil. Sadəcə güclü iradə və bunu necə edə bilməklə bağlı əldə edəcəkləri biliklərlə buna cəhd etmələri vacibdir”.
Millət vəkili vurğulayıb ki, ölkəmizdə də insanlar, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq:
”Ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür. Məktəb təhsil verməklə bərabər vətəndaş da yetişdirir və müəllimlərimizdən xahiş edirik ki, gənclər arasında zərərli vərdişlərlə bağlı mütəmadi söhbətlər aparsınlar, gənclər arasında bu zərərli vərdişlərə tutulanları gördükdə zamanında gec olmadan onlara dəstək olmağa daha da çox çalışsınlar. Müəllimlər toplumun ziyalılarıdır və bu gün sizin bu məsələlərdə də böyük dəstəyinizə ehtiyac var”.
Millət vəkili Rəşad Mahmudov zərərli vərdişlərlə bağlı, gəncləri bunlardan qorumağın yolları barədə geniş məruzə ilə çıxış edib.
Millət vəkilləri Qənirə Paşayeva və Rəşad Mahmudov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova gəncləri, müəllim və ziyalıları maraqlandıran sualları da cavablandırıblar.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar