Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

8 nəfər başqasının əvəzinə qəbul imtahanına girməyə cəhd edib - DİM

Baxılıb: 637     Tarix: 19-07-2018 11:55   

İyulun 18-də ali məktəblərin I və IV ixtisas qruplarına keçirilən qəbul imtahanında 8 nəfər başqasının əvəzinə imtahana girməyə cəhd edib.
 
Bunu Qanunvehedef.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.
 
Onun sözlərinə görə, başqasının yerinə imtahana girmək istəyən şəxslər imtahan binasının giriş qapısında buraxılış rejimini həyata keçirən Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən aşkarlanıb.
 
Bu şəxslərlə bağlı müvafiq qurumlara məlumat veriləcəyini deyən DİM rəsmisi deyib ki, öz yerinə başqasını göndərən şəxslər yaz imtahanında iştirak ediblərsə, o nəticələri də ləğv olunacaq. Qaydalara görə, hər hansı bir qəbul imtahanında qaydaları pozan abituriyentlər müsabiqəyə buraxılmır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}