Xəbər lenti
12/05/2025 [10:15]
PKK özünü ləğv etdi
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

UNEC-də türk dilində tədrisdə yeni model – FOTO

Baxılıb: 548     Tarix: 23-07-2018 14:22   

Azərbaycanda Türkiyə türkcəsində ali təhsil verən yeganə universitet olan UNEC türk dilində tədrisdə yeni standartlar tətbiq edəcək.
Bu məqsədlə UNEC ilə Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. UNEC-in rektoru, professor Ədalət Muradov və Türk Dünyası Araşdırmaları Vəqfinin Sədri Közhan Yazganın imzaladığı sənəddə türk dilində tədrisin təkmilləşdirilməsi və türkdilli iqtisadçı kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi nəzərdə tutulub.
Müqaviləyə əsasən, yeni tədris ilindən UNEC-də türk dilində tədris proqramları universitetin digər fakültələrində olduğu kimi, Avropa Kredit Transfer Sisteminə uyğun aparılacaq. Bu, tələbələrin mobilliyini təmin etməklə yanaşı, təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdıracaq. Türk Dünyası İşlətmə fakültəsi isə “Türk Dünyası İqtisad Fakültəsi” adlandırılacaq. Türk Dünyası Araşdırmaları Vəqfinin Sədri Közhan Yazgan fakültənin fəxri dekanı hesab ediləcək.
UNEC-də tələbələrin türk dilində fənləri daha yaxşı mənimsəməsi üçün Yunus Emrə İnstitutu tərəfindən Türkiyə türkcəsində hazırlıq dərsləri təşkil olunacaq. Tədrisə türk dilini mükəmməl bilən, fənnə uyğun ixtisas və təcrübəyə sahib olan müəllimlər cəlb olunacaq.
UNEC-ə türk dilində “maliyyə”, “iqtisadiyyat” və “biznesin idarə edilməsi” ixtisasları üzrə tələbə qəbulu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçiriləcək. Türkiyə vətəndaşları üçün UNEC-də ali təhsilin əlçatan olması məqsədilə onların təhsil haqları azərbaycanlı tələbələrlə eyni olacaq.
Məzunlara UNEC-in diplomu ilə yanaşı, Türk Dünyası Araşdırmaları Vəqfinin məzun sənədi də veriləcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar