Xəbər lenti
12/05/2025 [10:15]
PKK özünü ləğv etdi
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Paşayeva Antalya valisi ilə görüşdü

Baxılıb: 554     Tarix: 24-07-2018 13:07   
Millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Antalya valisi Munir Karaloğlu ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə Antalya Qəzetçilər Cəmiyyəti sədri Mövlud Yeni, Antalya Türk Ocaqlarının rəhbər və fəalları da iştirak ediblər. Millət vəkili görüş zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən geniş söhbət açıb. Qənirə Paşayeva vurğulayıb ki, Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında əlaqələrin getdikcə daha da genişlənməsinə ehtiyac var:
“Antalyada 5 mindən çox azərbaycanlı yaşayır, eyni zamanda burada, Ağdəniz Universitetində çoxlu sayda gəncimiz təhsil alır. Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllinə bu günə qədər olduğu kimi, bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız”.
Görüşün sonun Qənirə Paşayeva valini ölkəmizə dəvət edib və Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı matreialları hədiyyə edib.
Antalya valisi də millət vəkili Qənirə Paşayevaya Antalya ilə bağlı materiallar, kitablar hədiyyə edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar