DİQQƏT! Pulunuz oğurlana bilər - Şəxsiyyət vəsiqənizi istəsələr verməyin - VİDEO
Baxılıb: 370 Tarix: 02-08-2022 10:30
Elan saytına yerləşdirilən əşyalara alış üçün xarici nömrədən mesaj gəlir. Satışı yerləşdirən şəxs isə heç bir təhlükə hiss etmir. Çünki, ənənəvi kiber dələduzlar adətən beh ödəmək adıyla bank hesabı istəyirlər. Amma bu dəfəki alıcı guya satıcının real şəxs olduğunu yoxlamaq üçün sadəcə şəxsiyyət vəsiqəsini istəyir.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə, son vaxtlar belə hadisələrin sayı artıb.
Əslində isə, kiber dələduz, bank tətbiqində "şifrəni yeniləmə" sorğusu göndərib. Satıcıdan aldığı sorğunun kodu vasitəsilə birbaşa bank tətbiqinə daxil olur və öz kartına köçürmələr edir.
Texnobloger Fərid Pərdəşünas "Xəzər Xəbər"ə bildirib ki, belə hadisələr səbəbindən 3000-5000 manat məbləğində pul itirmiş insanlar var. Təəssüf ki bu pulların geri qaytarılması mümkünsüzdür
Mütəxəssis əlavə etdi ki, fırıldaqçılardan qorunmağın yeganə yolu odur ki, satıcılar, hər hansısa bir elan saytında öz məhsullarını satan zaman alıcılara öz şəxsiyyət vəsiqəsi məlumatlarını, həmçinin kart məlumatlarını göndərməsinlər.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər