Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Bu, hörmətsizlikdir, xalq cavabını verməlidir” - Şeyx

Baxılıb: 690     Tarix: 08-08-2022 12:41   

“Özlərini din adamları adlandıran bir qrup şəxs Azərbaycanın Londondakı səfirliyinə vandalizm hərəkətləri edib. Bu, xalqımıza qarşı hörmətsizlikdir”.
Qanunvehedef.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
“Bu gün Azərbaycan bayrağını təhqir etmək xalqı təhqir etmək qədərdir. Bu xalq cavabını verməlidir. Bu gün mənimlə bərabər olan dini konfessiyaların nümayəndələri gecə ilə mənə zəng edib narazılıqlarını bildirdilər. Türkiyənin Dini İşlər İdarəsi Azərbaycan xalqının yanında olduğunu bildirdi. Türkdilli dövlətlərin dini liderləri ilə də danışığım oldu. Onlar da telefonda məni dəstəklədilər. Biz də səfirliklərə bəyanatlar göndərdik. İnanıram ki, gələcəkdə bu törətdikləri insidentə görə cəzalandırılacaqlar”



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar