Xəbər lenti
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

BAAU və Yozqat Bozok Universiteti arasında protokol imzalandı - Foto

Baxılıb: 659     Tarix: 08-08-2022 13:51   

Bakıya səfəri çərçivəsində Türkiyənin Yozqat Bozok Universitetinin rektoru prof.dr. Ahmet Karadağ Bakı Avrasiya Universitetini (BAAU) ziyarət edib.
Qanunvehedef.az xəbər verir ki, universitetin tədris işləri üzrə prorektoru Nigar Hüseynova və Beynəlxalq əlaqələr üzrə prorektoru Səyavuş Qasımov ilə görüşən Ahmet Karadağ iki təhsil müəssisəsi arasında əlaqələrin inkişafı və tədris prosesinə dair müzakirələr aparıb.
Prorektor Nigar Hüseynova görüş zamanı BAAU-nın rektoru, professor Nazim Hüseynlinin salamlarını qonağa çatdırıb və öz növbəsində Ahmet Karadağ BAAU-nın rəhbərliyini Yozqat Bozok Universitetini ziyarətə dəvət edib.
Görüş çərçivəsində əməkdaşlığa dair protokol imzalanıb. Protokol tələbə və müəllim mübadiləsi, eyni zamanda dil və mədəniyyət sahəsində birgə layihələr və elm-təhsil əməkdaşlığının digər istiqamətlərini əhatə edir.

   



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar