Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Yeni nazirlərin 100 günü: Hansı nazir, necə yadda qaldı?

Baxılıb: 457     Tarix: 26-07-2018 15:41   

Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinin yeni tərkibinin formalaşmasından üç aydan artıq zaman ötür.
Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, əksər dövlətlərdə məmurların fəaliyyətinə 100 gün müddətində hər hansı şərh verilmir. Bunu onunla izah edirlər ki, hər bir məmurun öz fəaliyyət strategiyası var və öz idarəetmə mexanizmini qurmaq üçün ona 100 gün vaxt tanımaq lazımdır.
Azərbaycanda da Nazirlər Kabinetinin tərkibində yer almış yeni məmurların fəaliyyətə başlamasından 100 günə yaxın vaxt keçir.
Xatırladaq ki, Nazirlər Kabinetinin tərkibində dörd yeni nazir, dörd komitə sədri, bir xidmət rəisi ilk dəfə olaraq fəaliyyətə başlayıb.
azxeber.com yeni təyin olunan nazirlərlə bağlı "Nazirlərin 100 günü" adlı araşdırma yazısı hazırlayıb.
Təhsil naziri Ceyhun Bayramovun nazir kimi fəaliyyətə başlamasından 100 günə yaxın vaxt ötsə də, onun fəaliyyətində ciddi irəliləyişlər müşahidə edilmədi. Nəzərə alanda ki, C.Bayramov nazir təyinatına qədər nazir əvəzi və uzun müddət nazir müavini işləmişdi, onun fəaliyyətində müsbət dinamikanın olacağı əslində gözlənilən də deyildi. Üç aylıq zaman kəsimində də təhsil sahəsində mövcud olan neqativ hallar aradan qalxmadı, ümumi vəziyyət olduğu kimi qaldı.
Kənd Təsərrüfatı naziri İnam Kərimov qısa müddət ərzində sözün əsl mənasında fərqlənməyi bacardı. Sovetdən qalma ənənələrdən imtina edən yeni nazir kəndlilərin yanına getmək, fermerlərin problemlərini öz dilindən eşitmək kimi ənənələri bu nazirliyə gətirdi. Həyata keçirdiyi kadr islahatları daha çox peşəkar kadrların nazirliyə gəlişi istiqamətində oldu. Ümumi götürdükdə İnam Kərimov Asan Xidmətdən əzx etdiyi dəyərləri Kənd Təsərrüfatı Nazirliyi sisteminə də gətirdi. İnam Kərimov mətbuatla da ən sıx işləyən nazirlərdən biri oldu və demək olar ki, Kərimov cəmiyyətdə ən xoş reputasiyası olan nazirlərdəndir.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev əsas diqqətini nazirlikdə struktur islahatlarının aparılmasına yönəldib. Keçmiş nazirdən qalan kadrların təmizlənməsi ilə məşğul olan yeni nazirin hələlik hər hansı digər ciddi islahatlarını müşahidə etmək olmur. Ümumi götürdükdə Muxtar Babayevin nazir kimi fəaliyyəti diqqətçəkən məqamlarla yadda qalmayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni nazir kimi fəaliyyətə özündən öncəki naziri tənqid etməklə başladı. O bildirdi ki, pensiya təminatı sahəsində ciddi nöqsanlar var və bunlar aradan qaldırılacaq. Düzdür, hələlik bu istiqamətdə ciddi addımlar müşahidə olunmasa da, nazirlikdə həyata keçirilən köklü kadr islahatları diqqətdən yayınmır. Sahil Babayevdən bu sahədə gözləntilər böyükdür və o bu yolda uğurla irəliləyir.
Diasporla iş üzrə dövlət komitəsinin sədri Fuad Muradov diaspor quruculuğu sahəsində ciddi islahatlar vədi verib və hələlik Ukraynada iki düşmən diaspor təşkilatı rəhbərini barışdırmaqla ictimai diqqət çəkə bilib. Son təyinata qədər ictimai fəaliyyətdə geniş təcrübələr qazanmış gənc komitə sədri ilə bağlı ümidlər çox olsa da, hələ ki onun böyük mənada ciddi addımlarına şahidlik etmirik. Onun komitənin yeni saytının fəaliyyətə verməsi cəmiyyətdə təqdirəlayiq hal kimi qarşılandı.
Dövlət Gömrük komitəsinin sədri Səfər Mehdiyev sələfi Aydın Əliyevdən fərqli olaraq ictimaiyyətlə əlaqələri daha sıx formada qurduğu görüntüsünü yaradsa da, əslində fəaliyyətində ciddi uğurları müşahidə etmək olmur. Cəmiyyətin "yaralı yeri" olan gömrük sahəsində ciddi islahatlar və şəffaflıq təşəbbüsləri gözlənilsə də, bu baş vermədi. Əsas fəaliyyəti köhnədən qalmış kadrların yenilənməsi ilə bağlı oldu. Eyni zamanda Səfər Mehdiyevin gömrük-keçid məntəqələrinə tez-tez getməsi də müsbət qarşılandı.
Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Rövşən Rzayev millət vəkili olduğu dövrdə daha çalışqan və cəmiyyətə açıq idi desək, yəqin ki, yanılmarıq. Düzdür, yeni təyin olunanda müəyyən müsbət addımlar atan komitə sədri sonradan öz sələfinin yolu ilə getməyə başladı. Bu sahədə illərdir yığılıb qalan problemlərin həlli istiqamətində ciddi addımların şahidi olmadıq.
Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov nəinki rəhbəri olduğu sahəyə yeniliklər gətirdi, hətta digər məmurlar üçün örnək olacaq addımlarla gündəmə gəldi. Hələ deputat olduğu dövrdən aktivliyi ilə seçilən yeni komitə sədri ona müraciət edən vətəndaşları şəxsən özü dinləyir, onların problemlərinin həllinə dair tabeliyindəki müvafiq şöbə və məmurlara tapşırıqlar verir. Gənc komitə sədrinin sosial şəbəkələrdən aktiv istifadə etməsi də müsbət mənada aktivinə yazıla bilər. O mətbuatla işi də ən yüksək səviyyədə quran məmurlardan biridir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar