Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Azərsu” bu şəhərcikdə suyun qrafiklə verilməsinə aydınlıq gətirdi

Baxılıb: 733     Tarix: 12-08-2022 12:20   

KİV-də “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksində sakinlərin su probleminin olması, suyun qrafiklə verilməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, sakinlər səhər və axşam cəmi 5-6 saat ərzində sudan istifadə edə bilirlər. Qeyd olunur ki, binada mənzillərin əksəriyyəti satılsa da, evlərdə su sayğacları yoxdur.
“Azərsu” ASC yayılmış məlumatla bağlı açıqlama yayıb. Qurumdan Qanunvehedef.az-a daxil olan məlumatda bildirilir ki, şəhərciyin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təminatında heç bir problem yoxdur: “Şəhərciyin daxili su təchizatı sistemləri MTK-nın balansındadır və mənzillərə suyun verilməsi MTK-nın istismarında olan nasoslar vasitəsilə həyata keçirilir. “Abşeron Sukanal” İdarəsi və MTK rəhbərliyinin iştirakı ilə şəhərciyin su təchizatı sistemlərinə baxış keçirilib. MTK rəhbərliyi su təchizatının qrafik rejimdə aparılmasının enerjisinə qənaət və istismar tədbirləri ilə bağlı olduğunu bildirib. Nasosların sıradan çıxmasının qarşısını almaq və elektrik enerjisinə qənaət məqsədilə MTK tərəfindən su təchizatında qrafik rejim tətbiq olunur”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar