Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Kəmaləddin Heydərov müavininin vəfatı ilə bağlı başsağlığı verdi

Baxılıb: 562     Tarix: 29-08-2022 11:58   

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov müavini daxili xidmət general-leytenantı Nazim Məmmədovun vəfatı ilə bağlı başsağlığı verib.
Qanunvehedef.az xəbər verir ki, başsağlığında deyilir:
“Fövqəladə Hallar Nazirliyinə ağır itki üz verib. Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini daxili xidmət general-leytenantı Nazim Xeyrulla oğlu Məmmədov 2022-ci il avqustun 26-da ömrünün 70-ci ilində vəfat edib.
Nazim Məmmədov 8 oktyabr 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. Əmək fəaliyyətinə doğulub boya-başa çatdığı Ordubad şəhərində başlayan N.Məmmədov ömrünün sonrakı mərhələsini Bakı şəhəri ilə bağlayın, uzun illər Dövlət Gömrük Komitəsində məsul vəzifələrdə çalışıb. 2018-ci ildən Fövqəladə Hallar Nazirliyində nazir müavini kimi fəaliyyətini davam etdirib.
Nazim Məmmədov istər Dövlət Gömrük Komitəsində, istərsə də Fövqəladə Hallar Nazirliyində çalışdığı müddət ərzində daim dövlətçilik prinsiplərinə sadiqliyi ilə seçilib, işgüzarlıq və təşkilatçılıq bacarığı, səmimiliyi, müsbət xüsusiyyətləri ilə kollektiv arasında böyük hörmət qazanıb. Nazim Məmmədov üzərinə düşən vəzifələri hər zaman böyük məsuliyyət və əzmkarlıqla icra edib. Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək müxtəlif orden və medallarla təltif olunub.
Gözəl insan, bacarıqlı təşkilatçı, vicdanlı vətəndaş Nazim Məmmədovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin!
Fövqəladə Hallar Nazirliyinin kollektivi adından nazir general-polkovnik Kəmaləddin Heydərov”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər