Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Körpüdən özünü atmaq istəyən şəxsi Novruz Məmmədov xilas edib - YENİLƏNİB 2

Baxılıb: 511     Tarix: 30-07-2018 10:29   

Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində - “Koroğlu” qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək isətyən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırıb. Qanunvehedef.az musavat.com-a istinadən xəbər verir ki, həmin şəxs həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Bu zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.
 
İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub və baş nazir həmin şəxsi fikrindən daşındırıb. Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib.
 
 
 
******
 
 
9:49
 
 
Heydər Əliyev prospektində intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib.
 
APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxslə söhbət ediblər. Bundan sonra intihar etmək istəyən şəxs fikrindən daşınıb və yol ötürücüsünün üstündən endirilib.
 
*****
 
8:56
 
Bakı şəhərinin Sabunçu rayonu ərazisində, Koroğlu nəqliyyat qovşağındakı asma körpüdən daha bir şəxs özünü atmaq istəyir. Qanunvehedef.az xəbər verir ki, səhər saat 06:30 radələrində polisə və xilasetmə xidmətində 45-50 yaşlı kişinin körpünün yuxarı hissəsinə dırmaşaraq özünü atmaq istəməsi ilə bağlı məlumat daxil olub.
 
Artıq 2 saatdan çoxdur ki, həmin şəxslə özünü atmaması və aşağı enməsi ilə bağlı söhbətlər aparılır.
 
Məlum hadisə şəhərə girişdə böyük tıxaca da səbəb olub. Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var: “Tıxac əsasən Heydər ƏLiyev proskektinin Atəşgah dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hissəsində müşahidə edilir. Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır”.
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar