Xəbər lenti
12/05/2025 [10:15]
PKK özünü ləğv etdi
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dəniz kənarında vəhşi quşlar saxlayan sahibkar

Baxılıb: 579     Tarix: 16-08-2018 13:10   
Bakıda restoranda vəhşi quşlar saxlayan şəxs cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, nazirliyə Pirşağı qəsəbəsində fəaliyyət göstərən ictimai-iaşə obyektində qəfəsdə vəhşi quşların saxlanılması ilə bağlı şikayət daxil olub. Şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Araşdırma zamanı Sabunçu rayonu Pirşağı qəsəbəsində, dənizkənarı zonada fəaliyyət göstərən ictimai-iaşə obyektində qanunsuz olaraq təbiətdən götürülmüş 2 bozqır muymulu quşunun qəfəsdə saxlanıldığı faktı təsdiqini tapıb. Faktla bağlı obyektin sahibi Bəxtiyar Məmmədov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manat məbləğində cərimə edilib. Vəhşi quşlar götürülərək təbiətə buraxılıb.
ETSN ətraf mühitin qorunması və təbiəti mühafizə sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər bir şəxsə təşəkkürünü bildirir və ekoloji qanun pozuntuları ilə rastlaşdıqda dərhal nazirliyə və nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat vermələrini xahiş edir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar