Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Azercell"dən "Onbranch" istifadəçilərinə daha bir imkan

Baxılıb: 608     Tarix: 01-09-2018 12:34   
Azərbaycan startapı, "Seedstars Azerbaijan" müsabiqəsinin qalibi "Onbranch" yeni tərəfdaş layihəsinə start verib.
Big.az xəbər verir ki, layihəyə əsasən, "Azercell" mobil operatoruna məxsus "Gənc Ol!" loyallıq proqramı "Onbranch" mobil tətbiqinə inteqrasiya ediləcək.
Birgə layihənin həyata keçirilməsi ilə əlaqədar "Onbranch" MMC və "Gənc Ol!" proqramının əməliyyat şirkəti olan "Istech" MMC arasında müqavilə də artıq imzalanıb.
Anlaşmaya əsasən, özündə yüzlərlə məkanı birləşdirən "Onbranch"ın tərkibində "Gənc Ol!" loyallıq sisteminə qoşulmuş məkanlar xüsusi vahid qrup şəklində fəaliyyət göstərəcəklər. Sayı 200 mindən çox olan "Gənc Ol!" abunəçiləri "Onbranch" tətbiqini yükləməklə yaxınlıqda olan endirimlər və aksiyalar barədə dərhal məlumat ala biləcəklər. Bununla yanaşı, abunəçilər üzv olduqları "Gənc Ol!" platforması ilə daha sıx və faydalı təması məhz "Onbranch" üzərindən qura biləcəklər.
Startapın texniki imkanları vasitəsilə loyallıq sisteminin daha çevik, effektiv və əlçatan olması nəzərdə tutulur. Öz növbəsində, "Onbranch" yeni tərəfdaşlıq vasitəsilə özünün istifadəçi bazasını genişləndirməyi hədəf alır.
"Onbranch" MMC-nin rəhbəri Elçin Əskərov bu əməkdaşlıqda böyük perspektivlər gördüyünü bildirib: "Sazişin tərəfləri eyni ruha malik layihələri həyata keçirir. Həm "Gənc Ol!", həm də "Onbranch"ın əsas prinsipi insanlara zamanı maksimum dəyərləndirməyə və olduqları məkanlardan faydalanmağa yardımçı olmaqdır. Necə deyərlər, tərəflər bir-birini tamamlayır, bu da bizə maraqlı nəticələr vəd edir. Düşünürəm ki, "Onbranch" olaraq loyallıq proqramları seqmentinə yenilik gətirmək potensialımız var. "Gənc Ol!" abunəçilərinin bizim layihəyə, bizim isə onların asudə vaxtlarına rəng qatacağımıza inamımız böyükdür".

Xatırladaq ki, "Onbranch" tətbiqi "Baku Business Factory"nin dəstəklədiyi layihələrdən biridir və "Azercell Telekom" MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və "PAŞA Bank"ın, Patent və Əmtəə Nişanları Mərkəzinin, İsveçrənin Azərbaycandakı səfirliyinin, eləcə də ADA Universitetinin dəstəyi ilə keçirilən "Seedstars World" müsabiqəsinin qalibi elan olunaraq Azərbaycanın ən yaxşı startapı seçilib.
Qoşulmaq üçün link burada


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar